Qlobal təşəbbüslər müəllifi

 

Prezident İlham Əliyevin əməkdaşlıq və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə təqdir edilir

 

İnkaredilməz faktdır ki, son 18 ildə Azərbaycan söznüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Xüsusilə də Prezident İlham Əliyevin müstəqil siyasəti  Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq yüksəlməsini təmin edib.

Vətən müharibəsindəki hərbi-siyasi Zəfərimiz isə ölkəmizin siyasi çəkisini daha da yüksəldib. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur.

 

Tam müstəqil, qüdrətli dövlət

 

Bir ölkə çərçivəsində liderlik etmək xalqın etibarını qazanmaqdan qaynaqlanır. Qlobal səviyyəli lider kimi özünü təsdiq etmək üçün isə dünya ölkələrinin etibarını qazanmaq lazım olur. Azərbaycan Prezidenti bu etimadı çoxdan qazanıb və sözünə, vədinə sadiq lider kimi ölkəmizi dünyada ən etibarlı tərəfdaşa çevirib.

Cənubi Qafqaz regionunda geosiyasigeoiqtisadi çəkisi gündən-günə artan, Avrasiyanın əlverişli nəqliyyat-logistika mərkəzinə çevrilərək qitənin enerji xəritəsini yenidən tərtib edən Azərbaycan reallaşdırdığı transmilli layihələrlə beynəlxalq birliyin ən etibarlı tərəfdaşı hesab olunur. Açıq dənizə çıxışı olmayan bir ölkənin qısa zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilməsi, həqiqətən də, ölkəmiz adına böyük nailiyyətdir. Bu uğurlar Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin 18 il ərzində həyata keçirdiyi tam müstəqil və düşünülmüş siyasəti fonunda əldə edilib.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən qərbə, şimaldan cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr ölkəmizin razılığı əsasında gerçəkləşir.

Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasiiqtisadi dividendlər qazandırır. İndi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələr, eləcə də tezliklə açılacaq Zəngəzur dəhlizi ölkəmizin nəyə qadir olduğunu sübuta yetirir.

 

İnsan sağlamlığı, bərabərlik və həmrəylik

 

İlham Əliyev həmçinin qlobal səviyyədə insanların sağlamlığının qorunması naminə irəli sürdüyü təşəbbüslərlə dünya siyasətçiləri arasında xüsusi fərqlənir. Dövlət başçısının qlobal təşəbbüsləri dünya ölkələri tərəfindən təqdir edilir.

 Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidentinin qlobal pandemiya ilə mübarizə tədbirləri çərçivəsində irəli sürdüyü təkliflərə nəzər yetirsək görərik ki, İlham Əliyev ümumbəşəri bəlaya qarşı ən effektiv mübarizənin birgə əməkdaşlıqdan keçdiyini söyləmişdi.

Ötən ilin aprel ayında İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (Türk Şurasının) koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. İlham Əliyevin pandemiyaya qarşı mübarizənin ilk günlərindən irəli sürdüyüBiz birlikdə güclüyük!” çağırışı birinci dəfə bu Zirvə görüşü zamanı qlobal çevrədə öz real ifadəsini tapdı.

2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə İlham Əliyev BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdi. Bu təşəbbüsü Qoşulmama Hərəkatına üzv olan 120 ölkə, o cümlədən BMT-nin 150-dən çox üzv dövləti dəstəklədi. Dekabrın 3-də Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi.

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyüBütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin martında yekdilliklə qəbul olunması da tarixi hadisə idi. Çünki bu, dünyada ayrı-seçkiliyi göstərən ilk çıxış idi. Bununla İlham Əliyev peyvənd millətçiliyinə və qeyri-bərabər, ədalətsiz paylanmaya qarşı dünyada həmrəyliyə çağırış edən ilk lider kimi tanındı.

Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın üçüncü komitəsində Qoşulmama Hərəkatının sədri qismində İlham Əliyevin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilib.

Qətnaməyə BMT-nin 126 üzv dövləti həmmüəllif qismində qoşulub. Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan  Prezidentinin təklifi ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır.

Sənəddə inkişaf etmişinkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilirbunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanır.

Göründüyü kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Azərbaycan artıq beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparır. Beynəlxalq tədbirlərdəki çıxışları zaman Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin aparılması üçün dünyanı səfərbərliyə çağırır, vaksin millətçiliyinin yolverilməzliyi, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmaması ilə bağlı həyəcan təbili çalır.

Onu da xatırladaq ki, Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitarmaliyyə yardımları etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırması, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərməsi birbaşa dövlət başçısının təşəbbüsüdür.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, adını şanlı tariximizə  Xilaskar Lider kimi yazdıran İlham Əliyev bu gün qlobal səviyyədə beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycan Prezidenti liderlik nümayiş etdirərək pandemiyaya qarşı mübarizədə də bəşəriyyət üçün çox önəmli ideyalarla çıxış edir. Bütün bunlar isə Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırır, onun liderinin isə uzaqgörən, qlobal təşəbbüslər müəllifi olduğunu bir daha təsdiqləyir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2021.- 24 noyabr.- S.1; 4.