Azərbaycan artıq təkcə neft-qaz ixrac edən ölkə deyil

 

İxracda  qeyri-neft məhsullarının dinamik artımı davam edir

 

Ölkədə aparılan iqtisadi islahatların əsas məqsədlərindən biri  qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nə dərəcədə uğurlu olduğu həmin  sektorda istehsalixrac olunan məhsulların həcmi ilə müəyyən edilir.

İslahatlardan əvvəlki illərin statistikasına nəzər yetirdikdə görürük ki,  o dövrdə ixrac olunan mallar əsasən xam neftneft məhsulları idi. İndi bu sahədə başqa mənzərənin şahidi oluruq. Belə ki, ixracatda qeyri-neft sektoruna aid məhsulların həcmi və çeşidi ildən-ilə artır.

Buna səbəb son dövrlər ölkəmizdə sənaye parkları, məhəllələri və digər istehsal sahələri üzrə tikilən fabrikzavodlarda istehsal olunan məhsullardır. Bu müəssisələr ən müasir texnikatexnologiyalarla təchiz olunub. Bu üzdən istehsal edilən məhsullar dünya bazarının tələblərinə cavab verir. Digər tərəfdən, bu zavod və fabriklərdə əsasən yerli xammaldan istifadə edildiyi üçün məhsulların maya dəyəri aşağı olur. Həmin imkandan istifadə edən yerli sahibkarlar dünya bazarına keyfiyyətli və münasib qiymətlərlə məhsul ixrac etmək imkanı qazanırlar. Belə hal dünya bazarında Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyini  də artırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKT) cari ilin 9 ayının “İxrac icmalı”na görə, qeyri-neft sektoru üzrə 1,8 milyard dollar dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 525,3 milyon dollar çoxdur. Hesabat dövründə qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon dollarla əsas paya malik olub. Bununla yanaşı, ixracatda pambıq iplik 3,3, qara metallarondan hazırlanan məmulatlar 3,2, kimya sənayesi məhsulları 2,1, şəkər 2,1 dəfə artıb.  Pambıq lifində 80,8, alüminiumondan hazırlanan məmulatlarda isə 55,8 faiz artım qeydə alınıb.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  qızıl  birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci, pomidor (tomat)  üçüncü yerdə qərarlaşıb. Digər yerlər ilkin formalı polipropilenlər, meşə fındığı, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən çox), karbamid, metanol (metil spirti) məhsullarına məxsus olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində ən çox məhsul Rusiya Federasiyasına, Türkiyəyə, İsveçrəyə, GürcüstanaABŞ-a  ixrac edilib. Daha sonrakı yerləri müvafiq olaraq Ukrayna, Braziliya, Çin, Belçika, Qazaxıstan tutur.

Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ümumi ixrac 1,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2 faiz təşkil etməklə 224,7 milyon dollar olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5 faiz artaraq 46,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 90 faiz artaraq 178,5 milyon dollar təşkil edib.

2021-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat Ticarət  LTD” MMC, “Bulder 007 LTD” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft ŞirkətininMarketinq İqtisadi Əməliyyatlar İdarəsibaşçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər yer tutur: “Socar Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.

2021-ci ilin yanvar-sentyabr aylarındaAzərkosmos” ASC tərəfindən dünyanın 36 ölkəsinə 32,3 milyon  dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri optik peyk xidmətləri) ixrac olunub. Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin sentyabr ayında isəAzərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac olunub.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində  9,6 milyon dollarla ABŞ,  7,2 milyon dollarla Fransa, 6,6 milyon dollarla Birləşmiş Krallıq, 3,7 milyon dollarla Malayziya 1,3 milyon dollarla BƏƏ qərarlaşıb.

2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Sentyabrda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon dollar təşkil edib. Həmin ay Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi,  kərə yağı, qızılgül, qənnadı məhsulları,  tütün,  mühərrik yağı s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə qədər (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard dollar təşkil edib.

İxrac icmalı”nda həmçinin göstərilib ki, 2021-ci ilin oktyabr ayındaBir Pəncərəİxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon dollar olub. 2017-ci ildən 2021-ci ilin noyabr ayına qədərBir Pəncərəİxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən  mal məhsulların dəyəri 665 milyon dollar təşkil edib.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2021.- 24 noyabr.- S.6.