Elmi
əməkdaşlıq sahəsində əlaqələrin
perspektivləri müzakirə olunub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də
Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulandı. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirildi və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunuldu. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi.
Aleksandr Sergeyev
Rusiya Elmlər Akademiyasının xatirə
medalını Prezident İlham
Əliyevə təqdim etdi.
Azərbaycan.-2021.-
26 noyabr.- S.1.