I Gəncə
Kitab Sərgisi keçirilir
Gəncədə “Azərbaycan
Nəşriyyatları” İctimai
Birliyinin (ANİB) təşəbbüsü
və təşkilatçılığı,
Gəncə Şəhər
İcra Hakimiyyəti,
Gəncə Regional Mədəniyyət
İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin
təşkilati dəstəyi
ilə I Gəncə Kitab Sərgisi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına
Gəncə Dövlət
Filarmoniyasının Urban Mərkəzində
təşkil edilən
sərgi “Nizami Gəncəvi İli”nə
həsr olunub.
Sərgidə ölkənin 30-dan artıq
nəşriyyatı və
10-dan çox kitab evi iştirak edir. Sərgidə kitablara
50 faizədək endirim
tətbiq olunur, həmçinin məşhur
şair və yazıçıların iştirakı
ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün
nağıl saatları,
rəssamların, müxtəlif
sənət nümayəndələrinin
əsərlərindən ibarət
sərginin təşkili
və bədii proqramlar keçiriləcək.
Sərgidən öncə dahi şair Nizami Gəncəvinin məqbərəsi
ziyarət edilib.
Azərbaycan.- 2021.- 27 noyabr.- S.5.