Lənkəran teatrı Ağdamda qastrol səfərində olub

 

Lənkəran Dövlət Dram Teatrının truppası Ağdam rayonunda qastrol səfərində olub. Lənkəranlı sənətçilər Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsindəki binasında görkəmli Azərbaycan dramaturqu Cəfər CabbarlınınVəfalı Səriyyə, yaxud göz yaşı içində gülüştamaşasını təqdim ediblər.

Tamaşadan əvvəl çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov,  rayon Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov teatr  kollektivlərinin qarşılıqlı yaradıcılıq münasibətlərinin yaradılmasının əhəmiyyətindən danışaraq sənətçilərə uğurlar diləyiblər. Qeyd olunub ki, cari ilin iyul ayında Ağdam Lənkəran teatrları arasında bağlanmış niyyət sazişində hər iki kollektiv arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər təcrübə mübadiləsi nəzərdə tutulur. O da vurğulanıb ki, Vətən müharibəsində qazanılmış qələbədən sonra Qarabağa ilk qastrol səfəri məhz Lənkəran teatrına qismət olub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir. Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) Amil İbrahimli (Əsgər) ifa edblər.

Qastrol səfəri lənkəranlı sənətçilərə həm unudulmaz anlar bəxş edib. Tamaşadan sonra onlar erməni faşistləri tərəfindən dağıdılmış Ağdam şəhər məscidinin Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına baş çəkərək mənfur qonşularımızın cinayətkar əməlləri ilə əyani tanış oublar.

 

Ağaddin BABAYEV

 

Azərbaycan.- 2021.- 27 noyabr.- S.5.