Milli Məclisin
sədri Sahibə Qafarovanın
başçılığı ilə parlament
nümayəndə heyəti Sankt-Peterburqa
səfər edib
Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və bu çərçivədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
S.Qafarovanın tədbirə
qatılacaq nümayəndə heyətlərinin
başçıları ilə bir sıra görüşləri
nəzərdə tutulub.
Azərbaycan.-2021.- 26 noyabr.- S.3.