Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın
daha da inkişaf
etdirilməsi məsələləri müzakirə olunub
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev noyabrın 25-də Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə dostluq və mehriban
qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya
əməkdaşlığının strateji tərəfdaşlıq
səviyyəsində hərtərəfli inkişafında iki
ölkənin dövlət başçılarının
xüsusi rolu vurğulanıb.
İkitərəfli
münasibətlərin mühüm istiqamətlərindən
biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və
bu sahədə əməkdaşlığın daha da
inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət
bir daha ifadə edilib.
Görüşdə
humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət
sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunub və bu sahədə birgə tədbirlərin
keçirilməsinə dair fikir mübadiləsi
aparılıb.
Azərbaycanda
rus dilinə və rus mədəniyyətinə dövlət
səviyyəsində göstərilən diqqət və
qayğı yüksək qiymətləndirilib, ölkəmizdə
təhsilin rus dilində aparıldığı 340-dan
çox məktəbin fəaliyyət göstərdiyi qeyd
olunub.
COVID-19
pandemiyasının yaratdığı çətinliklərə
baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə
əlaqələrin davam etməsi məmnunluqla
vurğulanıb.
Söhbət
zamanı, həmçinin diaspor və
qarşılıqlı maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2021.- 26 noyabr.- S.2.