Ceyhun Bayramov: Azərbaycan delimitasiya
prosesinə başlamağa
hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib
Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd edilib.
Nazir,
həmçinin azad olunmuş ərazilərdə Azərbaycan
tərəfindən həyata keçirilən quruculuq işlərindən
danışıb, eləcə də ölkəmizin təşəbbüsü
və iştirakı ilə həyata keçirilən
irimiqyaslı regional layihələr, onların geniş
coğrafi bölgənin inkişafı və tərəqqisinə
xidmət etdiyini bildirib.
Öz
növbəsində xüsusi nümayəndə Annika
Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində
İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı,
bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini
bildirib, bu istiqamətdə fəaliyyətin bütün
bölgənin inkişafı üçün önəmli
olduğunu ifadə edib.
Tərəflər,
Azərbaycanın ATƏT ilə əməkdaşlığı,
o cümlədən həyata keçirilən layihələri
və gələcək planları, habelə cari ilin dekabr
ayında Stokholm şəhərində keçiriləcək
qurumun Nazirlər Şurasının 28-ci iclasına
hazırlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan.-2021.- 26 noyabr.- S.4.