Gəncədə Nizami Gəncəvi ili çərçivəsində keçirilən “I Kitab Sərgisi” işini başa çatdırmışdır

 

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “I Gəncə Kitab Sərgisi” öz işini yekunlaşdırmışdır.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak etmişdir. Satışa çıxarılan kitablara 50 faizədək endirim tətbiq olunmuşdur. 3 gün əzrində məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və bədii proqramlar keçirilmişdir.

Sərgidə öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulmuşÖz kitabını sat” guşəsi də yer almışdı. Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məsədilə kitabların toplanması üçün Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyiQarabağa kitabla gedirik” layihəsinin stendi quraşdırılmışdı. İştirakçılar sərginin nümayiş etdirildiyi dövrdə layihəyə dəstək verərək işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondları üçün müxtəlif nəşrlər hədiyyə etmişlər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan. - 2021.- 30 noyabr.- S.9.