Fikrət Əmirovun və
Hacı Zeynalabdin Tağıyevin yubileyləri
UNESCO-da qeyd ediləcək
Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.
AZƏRTAC
xəbər verir ki, Parisdə keçirilən UNESCO-nun 41-ci
Baş Konfransı çərçivəsində Azərbaycanın
iki tarixi şəxsiyyəti - mesenat H.Z.Tağıyevin
(1823-1924) anadan olmasının 200 illiyi və bəstəkar
Fikrət Əmirovun (1922-1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü
illər üzrə yubileylər proqramına salınıb və
bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq
miqyasda qeyd edilməsi təsdiq edilib.
Azərbaycan.-2021.- 26 noyabr.- S.4.