Əsrin saz
dühası - Ələsgərin söz
dünyası
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 saylı filialı şəhid Əvəz Paşayev adına Mədəniyyət Evi ilə birgə ustad Aşıq Ələsgərin 200 illiyinə həsr edilən “Ələsgərin söz dünyası” adlı tədbir keçirib.
Filialın müdiri Vəsilə Məmmədova çıxışında bildirib ki, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açan Aşıq Ələsgərin ustadlığa qədər keçib gəldiyi yol uzun və məşəqqətlərlə dolu olub: “Aşıq Ələsgər Göyçədən qaçqın düşərək 1918-1921-ci illərdə ailəsi ilə birlikdə Kəlbəcərin Qanlıkənd yaşayış məntəqəsində məskunlaşmış, doğma ellərə qayıtdıqdan beş il sonra (1926-cı ildə) vəfat etmişdir. Doğulduğu Ağkilsə kəndinin qəbiristanlığında dəfn edilmiş ustadın ziyarətə çevrilmiş qəbirüstü abidəsi təəssüf ki, 1988-ci ildən sonra daşnak vandalları tərəfindən dağıdılmışdır...”
Azərbaycan.-2021.- 26 noyabr.- S.7.