Xeyir və Şər” uşaq tamaşası təqdim edilib

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikada noyabr ayının 15-dən start götürmüş Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Fəxri mədəniyyət işçisi Əntiqə Bədirovadır.

 

Azərbaycan.-2021.- 26 noyabr.- S.7.