“Nizami” baleti yenidən Opera və Balet Teatrının səhnəsində
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında görkəmli
bəstəkar Fikrət
Əmirovun “Nizami” baleti “Nizami Gəncəvi ili” çərçivəsində
yenidən səhnəyə
qoyulub.
Baletdə Nizaminin həyatının
üç məqamı
- şair və hakimiyyət, şair və məhəbbət, şair və ilham pərisi təsvir olunur.
...Səhnədə dünyanın
bütün ağrı-acısını
dadmış, həyatda
həm sevinc, həm kədər yaşamış, poetik dilin sehrini anlamış,
ən gözəl əsərlərin yaradılışı
üçün ona ilham verən sevgini duymuş ağsaçlı şair
görünür. Məşhur “Xəmsə”də vəsf
etdiyi qəhrəmanlar
onun gözləri önündən cərgə
ilə ötüb keçirlər. Ölməz
poemaların qəhrəmanları
- Leyli və Məcnun, Xosrov və Şirin, Bəhram və Yeddi gözəl, İskəndər... rəqslərdə canlanırlar.
Nə qədər ki Yer üzərində məhəbbət, sədaqət,
inam mövcuddur, nə qədər ki böyük Nizaminin poeziyası yaşayır, onun yaratdığı qəhrəmanlar
da əbədi yaşayacaq və var olacaqlar.
Tamaşanın musiqi rəhbəri
və dirijoru, Əməkdar artist Əyyub
Quliyev, libretto müəllifi
Əjdər Ulduz, balet truppasının bədii rəhbəri Xalq artisti Kamilla
Hüseynova, quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
Tehran Babayevdir.
Azərbaycan.-2021.- 26 noyabr.- S.7.