Qafqazın ən əlverişli
investisiya məkanı
Qarabağın
yüksəlişi - Zəngəzur dəhlizinin
açılması bu prosesin daha da genişlənməsi
üçün imkan yaradacaq
Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə həm də sosial-iqtisadi problem olduğunu göstərdi. Ancaq bu günün reallıqları göstərir ki, 2 ildə çökən dünya iqtisadiyyatı yavaş-yavaş dirçəlməkdədir.
300 milyard dollara yaxın investisiya yatırılıb
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqların ən prioritet məsələsi təbii ki, kommnukasiyaların açılması, yeni nəqliyyat tranzit marşrutlarının yaradılmasıdır.
Nəhəng nəqliyyat, logistik layihələrin reallaşmasında, onlarca ölkəni birləşdirən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan yenə də əsas söz sahibidir. Ona görə də ölkəmizin razılığı olmadan regionda qlobal layihələrin reallaşması qeyri-mümkündür.
Birmənalı şəkildə deyə bilərik ki, regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən, coğrafi mövqeyindən, daxili-xarici investisiyalarından uğurla faydalanan Azərbaycan Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bu mühüm qlobal layihələrin Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsində böyük payları var.
Vətən müharibəsindən öncə ölkə iqtidadiyyatına yatırılan investisiyanın həcminə nəzər yetirsək, görərik ki, Azərbaycan həqiqətən də investorlar üçün ən əlverişli məkanlardan biridir.
Bunun səbəbi isə xarici sərmayədarlara yaradılan şərait və ölkədəki təhlükəsizlik mühitidir.
Müstəqilliyin bərpasından sonra Azərbaycan iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir. Təkcə bu fakt təsdiqləyir ki, Azərbaycan hər zaman investorların maraq göstərdiyi ölkələrdən biri olub.
Əlbəttə ki, xarici investorların ölkəmizə olan güclü marağı təsadüfi deyil. Bu, sərmayədarların Azərbaycanın əlverişli coğrafi mövqeyini, böyük tranzit potensialını, müasir infrastrukturunun mövcudluğunu yüksək dəyərləndirmələri ilə bağlıdır.
Son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.
Noyabrda Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda Türkiyə Respublikası tərəfindən irəli sürülən təklif isə maraqla qarşılanıb. Təklif budur ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran başda olmaqla, Xəzərin şərqindəki ölkələri də əlavə etməklə regional əməkdaşlıq daha da inkişaf etdirilsin. Bunun üçün fürsətlər və infrastruktur da mövcuddur. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri və “Cənub qaz dəhlizi”, TANAP, TAP kimi layihələr bu baxımdan hazırlanmış layihələrdir. Bunlar bir ölkəyə aid deyil, həm Qafqazın, həm Avropanın, həm də Orta Asiyanın birlikdə istifadə edəcəyi layihələrdir. Bu baxımdan məqsəd başlanğıcda bölgədəki ölkələrin insanlarının rifahını daha da yüksəltmək, dostluqları artırıb, düşmənçilikləri azaltmaqdır.
Zəngəzur dəhlizinin iqtisadi
və siyasi dividendləri
Göründüyü kimi, artıq bölgəyə maraq getdikcə artmaqdadır. Zəngəzur dəhlizi istifadəyə
verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış
olacaq. Bu da ölkə iqtisadiyyatının
dayanıqlığının təminatçısı ola bilər.
Ümumiyyətlə, Zəngəzur dəhlizi həm tarixi aspekt, həm müasir geosiyasi reallıqlar prizmasından,
həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın
bərpa olunmasına görə prinsipial əhəmiyyət daşıyır. Burada geosiyasi,
siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi
və təhlükəsizlik
məqamları bir-biri
ilə əlaqəlidir.
Zəngəzur dəhlizinin açılması
istiqamətində Azərbaycan
dövlətinin həyata
keçirdiyi son addımlar
zamanın ən aktual məsələlərindəndir.
İstər ölkə ictimaiyyəti,
istər region ölkələri,
istərsə də dünya bu prosesi
maraqla izləyir.
Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı birgə
bəyanatda əksini tapıb.
Dəhlizin açılması bölgənin
və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına
təsir göstərəcək. Qədim Azərbaycan
torpağı ilk növbədə
türk dünyasını
birləşdirən özək
rolunu oynayacaq. İlham Əliyevin söylədiyi
kimi, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə
birləşəcək. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin
əhəmiyyətinin artmasına
şərait yaranacaq.
Bununla da bölgədə ticarət artacaq, əhalinin yaşayış
səviyyəsində mühüm
irəliləyişlər müşahidə
olunacaq.
Dəhlizin açılması ilə
Azərbaycan bölgədə
nəqliyyat qovşağına
çevriləcək. Azərbaycanın Türkiyə ilə əlaqələri güclənəcək
və ölkəmizin
geoiqtisadi əhəmiyyəti
daha da artacaq.
Türkiyə bu dəhlizdən
istifadə edərək
əsas iqtisadi tərəfdaşlarından biri
olan Azərbaycana birbaşa quru yolunu açacaq. Bu da öz növbəsində ikitərəfli
iqtisadi və turizm əlaqələrinin
daha sürətli inkişafına şərait
yaradacaq. Digər tərəfdən,
Zəngəzur dəhlizi
həm də Türkiyə üçün
Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və bu ölkənin
türk dünyası
ilə iqtisadi əlaqələrinin gücləndirilməsinə
imkan verəcək.
Bir sözlə,
Zəngəzur dəhlizi
Azərbaycan, Ermənistan,
Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə
də böyük fayda verəcək. Ən əsası
isə odur ki, dəhliz hər şeydən əvvəl regional əməkdaşlıq
qarşısında illərdir
dayanan problemlərin aradan qaldırılmasına
xidmət edəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2021.- 28 noyabr.- S.1;3.