Dünya yenidən
qapanmaya gedə bilər
Ümumdünya
Səhiyyə Təşkilatı CAR-da tüğyan edən
koronavirusun yeni variantı - “Omikron”un sürətlə
yayılmasından ciddi narahatdır
Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni variantı ilə bağlı dünyada narahatlıq artır. Bir sıra ölkələr artıq bu regionla hava əlaqəsini kəsib. Bəs, yeni mutasiya haqqında nə bilinir və o nə dərəcədə təhlükəlidir?
Hazırda CAR-da sürətlə yayılan koronavirusun yeni SARS-CoV-2 B. 1.1.529 variantı bütün dünyada, o cümlədən Avropa İttifaqında böyük narahatlıq doğurur. Artıq Avropanın 6 ölkəsi bu regiona uçuşları dayandırıb. Noyabrın 26-da Avropa Komissiyası Aİ-nin bütün üzv ölkələrinə eyni addımı atmağı təklif edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen videomüraciətində bildirib ki, yeni ştam növbəti bir neçə ay ərzində bütün dünyaya yayıla bilər.
Böyük Britaniya, Sinqapur və İsrail də bəzi Afrika ölkələrinə səfərlərə məhdudiyyətlər qoyub. Bu arada, noyabrın 26-da günün ikinci yarısında Avropada koronavirusun “Cənubi Afrika” variantı ilə ilk təsdiqlənmiş yoluxma halı barədə məlumat verilib. İnfeksiya noyabrın 11-də Misirdən Belçikaya qayıtmış ölkə sakinində tapılıb.
CAR-da koronavirusa yoluxma sayı niyə artır?
2021-ci ilin yayında Avropa İttifaqının ekspertlərini daha çox koronavirusun “Delta” adlanan xüsusilə yoluxucu variantı, eləcə də onun AY.4.2 növü - “Delta plus” narahat edirdi. İndi planetin simal yarımkürəsində qış gəlir, cənub yarımkürəsində isə yay başlayır.
Əslində istiləşmə fonunda infeksiyaların sayı azalmalıdır, lakin Cənubi Afrikada əks mənzərə müşahidə edilir: orada koronavirus xəstələrinin sayı sürətlə artır. Hazırda COVID-19-un yeni variantı ilə bağlı 100-ə yaxın xəstə qeydə alınıb. Bu, CAR-ın vacib iqtisadi mərkəzi olan Qautenq əyalətində xüsusilə nəzərə çarpır.
Bu, CAR-ın şimalında yerləşən Botsvanada iki həftə öncə ilk dəfə aşkar edilmiş koronavirusun yeni variantı ilə bağlı ola bilər. Lakin bunu tam təsdiqləmək hələ mümkün deyil.
Hazırda koronavirusun yeni variantı ilə yoluxmuş ən çox xəstə - 77 nəfər CAR-dadır. Daha 4 hal Botsvanada və bir hal Honkonqda Cənubi Afrikadan qayıdan səyyahda qeydə alınıb.
Bundan əlavə, İsraildə Malavidən qayıtmış olkə vətəndaşında B.1.1.529 ilə yoluxma halı təsdiq edilmişdir. Daha iki israilli testin nəticələrini gözləyir. Hər üçünün peyvənd aldığı bildirilir.
Mutasiyaların qeyri-adi sayı var
Virusoloqlar, ilk növbədə, koronavirusun bu variantında çoxlu mutasiyalardan narahatdırlar. Onların sayı 32-dir. “Delta” variantının isə cəmi 8 mutasiyası mövcud idi.
Məhz bu səbəbdən immun sisteminə koronavirusun bu variantına qarşı mübarizə aparmaq çox çətindir: o, sözün əsl mənasında, immun hüceyrələrindən yayınır və İmmune Escape adlanan proses baş verir. Buna baxmayaraq, virusun yüksək yoluxuculuğu xəstəliyin daha ağır formada keçəcəyinə dəlalət etmir.
Kembric Universitetində kliniki mikrobiologiya üzrə professor Ravi Qapta deyir ki, “aşkar edilmiş mutasiyalar böyük narahatlıq doğurur”. Hələ fevral ayında Qapta ilk laboratoriya analizləri ilə müəyyənləşdirmişdir ki, B.1.1.529 variantının mutasiyalarının ikisi virusun yoluxuculuğunu artırır və immunitet hüceyrələrinin onu tanımaq qabiliyyətinə mənfi təsir göstərir.
“UCL Genetics İnstitute” tədqiqat mərkəzinin
rəhbəri professor Fransua
Ballu da analoji narahatlıqları bildirir. “Mən hər halda “Alfa” və “Delta” variantlarına nisbətən
koronavirusun bu variantının neytrallaşdırıcı
anticisimlər tərəfindən
daha zəif tanınacağını gözləyirəm”,
- deyə ekspert vurğulayıb.
Bununla yanaşı,
koronavirusun yeni variantının nə dərəcədə yoluxucu
olması barədə
sanballı epidemioloji məlumatlar hələ yoxdur. Ballunun dediyinə
görə, bu mutasiyanı diqqətlə
izləmək lazımdır,
lakin yaxın gələcəkdə yoluxma
hallarının sürətlə
artacağından həddindən
artıq narahat olmaq üçün heç bir əsas yoxdur.
Professorun
fikrincə, yeni variantda çoxlu sayda mutasiyalar güman
ki, xroniki infeksion xəstəlikdən
əziyyət çəkən
və zəifləmiş
immun sisteminə malik xəstələrin orqanizmində formalaşıb.
Avropa Komissiyasının rəhbəri
Ursula fon der Leyen videomüraciətində
bildirib ki, yeni ştamm növbəti bir neçə ay ərzində
bütün dünyaya
yayıla bilər.
Bu ştamlar yüksək yoluxucudur, onlar daha asan yayılır
Cenevrədə keçirilmiş
Ümumdünya Səhiyyə Təşkilatının
fövqəladə iclasında Cənubi Afrika
Respublikasından olan koronavirusun
yeni variantı ilə bağlı
yaranmış vəziyyət müzakirə edilib.
Bildirilib ki, alimlərin “gördüklərimizin ən pisi” kimi qiymətləndirdiyi
koronavirusun yeni
variantının yayılması barədə məlumatlar
cümə günü bir
çox sərhədin bağlanmasına,
uçuşların ləğv edilməsinə və dünya miqyasında
bazarların düşməsinə səbəb olub. ÜST-ün fövqəladə toplantısında rəsmi olaraq yeni variant “narahatlıq doğuran” kimi təsnif edilib və ona “Omikron” adı verilib.
Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “Bu ştamlar yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır. Mövcud vaksinlər, demək olar ki, virusun yeni variantına qarşı daha az effektiv olacaq. Bundan belə görünür ki, “Omikron”un yayılması üçün böyük perspektivlər ola bilər”.
Bu səbəblərə
görə təşkilat bütün ölkələrə
yoluxmaya nəzarəti gücləndirməyi
tövsiyə edib.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2021.-
28 noyabr.- S.1;8.