İlin əvvəlindən 51 mindən çox yeni yeri açılıb

 

 

Bu yerlərinin coğrafiyasında işğaldan azad olunmuş ərazilər də var

 

 

 

Dünyanın inkişaf etmiş ölkələri iki mühüm faktora xüsusi diqqət yetirir: iqtisadiyyatın inkişaf dinamikasını qoruyub saxlamaq və əhalinin məşğulluğunu təmin etmək. Bu amillər bir-biri ilə zəncirvari şəkildə bağlıdır, çünki dinamik inkişaf olmadan məşğulluq probleminin həlli mümkün deyil.

Ölkəmizdə də bu iki mühüm məsələyə xüsusi diqqət yetirilir və o səbəbdən iqtisadi və sosial islahatlar paralel həyata keçirilir. İcra olunan nəhəng layihələr, kiçikorta sahibkarlığa verilən dəstək də bu məqsədə xidmət edir. Eləcə də qeyri neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər həm də məşğulluğun təminatına hesablanır. Bunun nəticəsidir ki, son dövrlər ən çox yerləri  məhz qeyri neft-qaz sektorunda yaradılır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artmışdır. Sənayenin qeyri neft-qaz müəssisələrinin çoxu isə özəl sektora məxsusdur. Deməli, məşğul əhalinin də çox hissəsi məhz bu sektorda cəmlənmişdir.

Bunu təsdiqləyən digər fakt: cari ilin 9 ayında ölkədə 51,1 min yeni yeri açılmışdır. Yaradılmış yerlərinin 89 faizi isə qeyri-dövlət sektoruna məxsus olmuşdur. Yeni yerlərinin 10 faizi yeni yaradılmış, 87,1 faizi mövcud, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,3 faizi digər tədbirlər üzrə açılmışdır. Statistik rəqəmlərdən də aydın görünür ki, yeni yerlərinin yaradılmasında qeyri-dövlət sektoru, yəni sahibkarlıq subyektləri üstünlük təşkil edir. Bu sektora güzəştli kreditlərin verilməsi, ümumiyyətlə, çoxsaylı güzəştlərin edilməsi sahibkarlara fəaliyyətlərini genişləndirməyə imkan yaradır.

Bu il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 299,8 min nəfər olmuşonlardan 4 milyon 984,5 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 699,3 min nəfər olmuşdur. Onların 903,6 min nəfəri iqtisadiyyatın dövlət, 795,7 min nəfəri qeyri-dövlət sektorlarında çalışmışdır. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 31,7 min, qeyri neft-qaz sektorunda

 

1 milyon 667,6 min nəfər işləmişdir. Müəssisə və təşkilatlarda çalışanların 24 faizi isə məhsul istehsalı sahələrində işlə təmin olunmuşdur.

 

Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan 4 proqramın icrası da ölkədə məşğulluğun təmin edilməsində mühüm rol oynamışdır. Belə ki, həmin proqramlardan irəli gələn layihələrin yerinə yetirilməsi hesabına minlərlə yeni yeri açılmışdır. Bu, həmçinin regionlardan dalınca böyük şəhərlərə, o cümlədən Bakıya gələnlərin müəyyən dərəcədə qarşısını almışdır.

 

Bu yerdə Dövlət Statistika Komitəsinin iqtisadi rayonlar üzrə cari ilin 9 ayında yeni açılan yerlərinə nəzər salaq: 0,7 faiz Naxçıvan MR, 4,3 faiz Gəncə-Daçkəsən, 4,1 faiz Abşeron-Xızı, 2,7 faiz Lənkəran-Astara, 2,5 faiz Quba-Xaçmaz, 2,1 faiz Şəki-Zaqatala, 1,5 faiz Qazax-Tovuz, 1,3 faiz Şirvan-Salyan, 1,2 faiz Mərkəzi Aran, 1 faiz Mil-Muğan, 0,9 faiz Qarabağ, 0,7 faiz Dağlıq Şirvan və 0,3 faiz Şərqi Zəngəzur.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kiçik və ailə təsərrüfatlarının yaradılmasına verilən dəstək də əhalinin məşğulluğunun təminatı üçün yeni imkanlar açmışdır. Öz təsərrüfatlarını yaratmaq istəyən ailələrə göstərilən maddi dəstək və onlara edilən güzəştlər ailələrə bizneslərini qurmağa kömək etməklə yanaşı, onların sahibkarlara çevrilməsinə də dəstək verir. Artıq bir çox ailələr dövlətin onlara yaratdığı şəraitdən səmərəli istifadə edərək kiçikorta sahibkara çevriliblər. Bu isə o deməkdir ki, indi onlar digər işsizləri də işlə təmin edə bilirlər.

 

Məlum olduğu kimi, qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərini və qazilərimizi işlə təmin etmək üçün “Məşğulluq marafonuna start verilmişdir. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi ilə keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin məşğulluğuna dəstək verməklə onların sosial rifahını daha da yaxşılaşdırmaqdır. Cari ilin iyun ayından, yəni marafona start verilən vaxtdan indiyədək 306-sı dövlət, 273-ü özəl olmaqla 579 işəgötürən 3472 vakansiya təqdim edib. Marafona start veriləndən bəri bu həssas kateqoriyadan olan 1103 nəfər işlə təmin olunub. Marafon isə davam edir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 28 noyabr.- S.5.