Azərbaycanla Filippin arasında mövcud olan siyasi münasibətlər yüksək səviyyədədir
2021-ci ilin
24 noyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov
və Filippin Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri xanım
Maria Elena Alqabre arasında
görüş baş
tutub.
Xarixi İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfiri salamlayan nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir Azərbaycan və Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir xanım Maria Elena Alqabre, öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Səfir ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2021.-25 noyabr.- S.2.