Azərbaycanın xarici işlər naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov noyabrın 24-də Rusiya
Federasiyasının Prezidentinin Beynəlxalq mədəniyyət
əməkdaşlığı üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoyla görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə tərəflər Azərbaycan-Rusiya əməkdaşlıq
gündəliyinin humanitar və mədəniyyət sahələrində
əməkdaşlıq məsələləri üzrə
fikir mübadiləsi aparıblar.
Gələn il iki ölkə
arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyinin qeyd ediləcəyi nəzərə alınaraq, bu
xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin
əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin
regional və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2021.-25 noyabr.- S.2.