Şəhid olan 7 hərbi qulluqçumuzun ailə üzvlərinə sosial ödənişlər təyin olunub
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidlərimiz - leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu, əsgər Ağayev Elçin Mərifət oğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramil oğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
Nazirliyin İctimaiyyətlə
əlaqələr və kommunikasiya
şöbəsindən AZƏRTAC-a verilən məlumata
görə, ailə üzvlərinə sosial
təminat hüquqları, qanunvericilikdə onlar
üçün nəzərdə tutulan güzəşt və imtiyazlar
barədə məlumat verilib. 7 şəhidimizin
14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər
toplanaraq Prezidentin
aylıq təqaüdü və müavinət, ümumilikdə
15 ödəniş təyinatı həyata keçirilib.
Azərbaycan.- 2021.-25 noyabr.- S.4.