Sığınacağa sığmayan həyat

 

Zorakılığın qurbanı olan insanların pənah apardığı məkanlar yetərincə deyil

 

“Gəlib məni döydü, söydü, sonra qapını üzümə bağlayıb getdi. Qayıtdıqdan sonra başımı divara çırparaq yenidən döyməyə başladı... Evləndiyimiz gündən belədir... Ürəyim partlayır...”

Şiddət dolu bu cümlələr sentyabrın 30-da əri İsmayıl Məmmədov tərəfindən güllələnərək qətlə yetirilmiş Xanım Məmmədovanın ölümündən əvvəl dayısı qızı ilə olan telefon söhbətindəndir. Başına gələnləri bir-bir anladan çarəsiz qadının səs yazısı “gözlənilən” ölümə aparan yolun bir daha geriyə dönüşü olmayan acı əksidir.

Bu cinayətdən bir ay əvvəl isə başqa oxşar hadisə - daim döyülən Aytən Niftəliyevanın körpəsi ilə birgə ər zorakılığının qurbanı olması ən geniş müzakirə mövzusu kimi cəmiyyətin gündəmində başlıca yer alırdı.

 

Bəlkə...

 

Bu qadınların doğrudanmı xilas yolu yox idi?! Sığınacaqları, güvənəcəkləri, dəstək alacaqları, onları qoruyacaq, müdafiə edə biləcək kimsələri qalmamışdı? Nə üçünlərlə başlayan sonsuz suallar, onların ölümünə gətirib çıxaran müəyyən sosial, psixoloji, iqtisadi amillər və dayanmadan “bəlkə” kəlməsi ilə beyinlərdə dolaşan şübhə və ehtimallar...

Razılaşaq ki, cəmiyyətimiz ilk növbədə yaşananları araşdırmadan daha çox ittiham etməyi, qınamağı seçir, dəstəyi deyil. Cəmiyyətin kiçik modeli sayılan ailələr də əksər hallarda o əsassız qınaqlara tuş gəlməmək üçün övladlarını “eşidən-bilən nə deyər” prinsipi altında əzməyi seçirlər. Bu prinsipləri əsas tutan insanlar ailənin dağılmaması üçün məhz qadından fədakarlıq umurlar; o, söyülsə, əzilsə, təhqir və şiddət görsə, döyülsə belə ailəsi naminə susmalı, dözməlidir. Bu hətta onun borcudur! Axı bu səbəblərdən ata evinə sığınarsa, geri qayıdarsa, nə deyərlər?”

Qadını damğalamaq onu qorumaq, dəstək verməkdən daha asandır, axı!

Azərbaycan cəmiyyətinin hazırkı reallığı işgəncələrə, təzyiqlərə məruz qalan qadınların sığınacaqlara üz tutmasını tam olaraq qəbul etməməsidir. Digər tərəfdən, bu sığınacaqlardan istifadə etməyə zərərçəkən qadınların özləri də hazır deyillər. Qadınların bəziləri məlumatsızlıq, bəziləri isə şiddət göstərən ailə üzvlərinin onu sığınacaqda da haqlayaraq, zorakılıq göstərə biləcəyindən qorxduğu üçün belə yerlərə yardım üçün müraciət etmirlər. Nəticə isə öz sözünü deyir: həyatla vidalaşmalı olursan.

 

200-dən çox ölkənin yalnız 45-i sığınacaq mərkəzi yaradıb

 

Hansı ölkədə yaşamasından asılı olmayaraq qadınlar daha çox ailə üzvləri - həyat yoldaşları, ata, qardaş, hətta ana və digər yaxınları tərəfindən zorakılığa məruz qalırlar. Dünyada qadınların orta hesabla 35 faizi həyatları boyu fizikiya cinsi zorakılıqla üzləşir. Milli səviyyədə aparılan müxtəlif tədqiqatlarda bu nisbət 70 faizə qədər yüksələ bilər. Elə bu fakt zorakılığa məruz qalanlar üçün sığınacaqların yaradılması zərurətini ortaya qoyur.

Dünyada ilk qadın sığınacağı 1964-cü ildə ABŞ-ın Kaliforniya ştatında açılan “Haven House” sayılır. Zərif cinsin şiddətə məruz qalan nümayəndələrinin say çoxluğuna baxmayaraq, heç də ölkələrin hamısı ötən müddət ərzində sığınacaqların yaradılmasına maraq göstərməyib. Belə ki, ölkə sayı 200-ü ötən müasir dünyamızda yalnız 45-dən artıq dövlətdə belə mərkəzlər mövcuddur. İnkişaf etmiş ölkələrin çoxunda qadın sığınacaqları olsa belə, onların əksəriyyətində maliyyələşmə məsələləri öz həllini tam olaraq tapmır. Bu da sığınacağa ehtiyacı olanların həmin xidmətlərdən istifadə imkanlarını məhdudlaşdırır. Məsələn, ən qabaqcıl ölkələrdən biri olan ABŞ-ın əksər ştatları qadın sığınacaqlarının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılmasını dayandırıb. Maliyyə və ya yer çatışmazlığı səbəbindən hər gün 5000-dən çox qadın bu xidmətlərdən kənarda qalır.

Araşdırmalar göstərir ki, xaricdə qadınların sığınacaqlara polisin iştirakı olmadan, yəni birbaşa qəbul edilməsi mümkündür. Almaniya təcrübəsinə görə, zorakılığa məruz alan qadın sığınacağa birbaşa müraciət edə bilər. Bu ölkədə sığınacaqlardan başqa, yardım büroları da var. Qadının “110” nömrəli “Yardım xətti”nə zəng etməsi kifayətdir ki, polis zərərçəkənə yardım göstərsin.

Zorakılığa məruz qalan qadının birbaşa sığınacağa müraciət edə bilməsi təcrübəsi qonşu Türkiyədə də var. Burada şiddətə məruz qalan qadınlar üçün 145 mərkəz var. Mərkəzlər bələdiyyələr, qeyri-hökumət təşkilatları ilə yanaşı, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi tərəfindən də yaradılıb. Türkiyədə zorakılığa məruz qalan qadın sığınacaq üçün vilayətdəki Sosial Xidmətlər Müdirliyinə şəxsən müraciət edə bilər. Bunun üçün ondan heç bir sənəd tələb olunmur. Qadın sığınacaqlarında qalmaq müddəti isə maksimum 6 aydır. Bu dövrdə qadınların öz ayaqları üzərində qalması təmin edilir. Eyni zamanda qardaş ölkədə şiddətin qarşısının alınması məqsədilə Qadınlara Dəstək Proqramı (KADES) da yaradılıb.

 

Dövlət sığınacağına qəbul üçün polis bölməsinin təsdiqedici aktı əsasdır

 

Azərbaycanda ilk qadın sığınacaq mərkəzi qeyri-hökumət təşkilatının (QHT) xətti ilə açılıb. Hazırda Bakı, Sumqayıt və Gəncədə QHT tərəfindən açılmış 3 qadın sığınacaq mərkəzi var. Lakin bu mərkəzlərin də dayanıqlı maliyyələşdirmə mənbəyinin olmaması onların fəaliyyətinin genişlənməsinə və sığınacağa ehtiyacı olanların hamısının yerləşdirilməsinə imkan vermir.

Azərbaycanda dövlət xətti ilə yaradılan ilk və yeganə sığınacaq mərkəzi isə bu il fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Müəssisədə məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi də mövcuddur. Şöbə 1 avqust 2021-ci il tarixdən fəaliyyətə başlayıb. Müəssisəyə şiddətə məruz qalan qadınların yerləşdirilməsi üçün polis bölməsinin faktla bağlı təsdiqedici aktı tələb edilir. Yəni məişət zorakılığı hadisəsi ilə bağlı polis tərəfindən araşdırma aparılır və zorakılığa məruz qalmış şəxs təhlükəsizliyinin təmin olunması üçün sığınacağa yerləşdirilir. Əgər şiddətə məruz qalmış qadının övladları varsa, onlar sığınacağın uşaq şöbəsinə qəbul edilir. Sığınacağın uşaq şöbəsində onların qalması üçün müvafiq şərait yaradılır. Uşaqlar azyaşlıdırsa, qadınla eyni şöbədə qala bilər.

 

Zərərçəkən sığınacağı tərk etmək istəyərsə, mühafizə orderinin alınması tələbi aktuallaşır

 

Sığınacağa yerləşdirilən qadınların təhlükəsizliyinin təmini məsələsinə toxunan M.Həşimov qeyd edir ki, burada digər şöbələr kimi, məişət zorakılığına məruz qalan şəxslərin sosial reabilitasiya şöbəsi də mühafizə olunur və sakinlərin təhlükəsizliyi təmin olunur. Məişət zorakılığına məruz qalmış qadın sığınacağı tərk etmək istədiyi zaman müvafiq icra hakimiyyəti orqanından mühafizə orderinin alınması tələbi qoyulur. Əgər qadın yenidən şiddətə məruz qalarsa, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, sığınacağa təkrar qəbul edilə bilər.

Zərərçəkmiş şəxslər sığınacaqla təmin olunmaqla bərabər, onlara sosial reabilitasiya şöbəsində psixo-sosial dəstək və məsləhət yardımı xidməti də göstərilir. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi planı üzrə işlər aparılır. Zərərçəkənlərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmə, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür. Müəssisədə sakinlərin yaşayışı, sosial-reabilitasiya tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.

Agentlik rəsmisi əlavə edir ki, məişət zorakılığına məruz qalan şəxslər sosial reabilitasiya və sığınacağa müraciət edənlərin 5 faizini təşkil edir. Şöbə fəaliyyətə başlayandan ötən üç ay ərzində buraya 21 şəxs qəbul olunub ki, onlardan 10 nəfəri qadın, 11 nəfəri isə həmin qadınların uşaqlarıdır.

 

Sığınacaq mərkəzlərinin adlarını göstərən lövhələr nə üçün yoxdur?

 

Hazırkı dövrdə sığınacaqların sayının az olduğunu deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirir ki, ƏƏSMN tərəfindən akkreditasiyadan keçən 10 QHT sığınacaq mərkəzi yarada bilmək hüququna malik olsa da, onlardan yalnız 3-ü belə mərkəz yarada bilib:

“Əslində, Azərbaycanda qadınlar birbaşa sığınacaqlara yerləşmək üçün müraciət edə bilərlər. Lakin məsələ ondadır ki, təhlükəsizliyin təmini baxımından sığınacaq mərkəzinin binasında onun adının yazıldığı lövhə yerləşdirilmir. Binada sığınacaq mərkəzinin olmasını yalnız polis, təcili yardım xidməti, yerli bələdiyyə və icra hakimiyyəti orqanları bilir. Buna görə də onlardan birinin sığınacağa ehtiyacı olan qadının bu ünvana yönəltməsi lazımdır. Əgər qadının özü ünvanı bilirsə, birbaşa QHT-lər tərəfindən yaradılmış sığınacaq mərkəzlərinə müraciət edə bilər”.

 

Təlimatlandırılmış polis, psixoloq, sosialişçi, ictimaivəkillərdə yetərlisəviyyədə deyil

 

Hicran Hüseynova qeyd edir ki, 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əsasən, məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fizikiya mənəvi zərər vurmasıdır.

Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqipsixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapıb. Amma ölkədə bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçi, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar yetərli səviyyədə deyil. Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur: “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda göstərildiyi kimi, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaqnarahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir”.

Sözügedən qanunda göstərildiyi kimi, mühafizə orderləri qısa və uzunmüddətli olaraq verilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində təqdim edilir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qətnamə əsasında verilir. Qısamüddətli mühafizə orderi bir aylıq, uzunmüddətli order isə altı aylıq müddətə olur. Əgər zorakı şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməzsə, o zaman şəxsə uzunmüddətli orderin verilməsi üçün məhkəmə 3 gün müddətində qətnamə qəbul edirorderin müddəti altı aya qədər uzadılır.

Komitə sədri hesab edir ki, bu sahədə qanunvericiliyin formalaşmasına baxmayaraq, reallıqda bir çox çətinliklər müşahidə edilir. İlk növbədə isə bu sahədə peşəkar mütəxəssislərin sayının az olması qeyd edilməlidir. Zərərçəkən şəxslərə və onların uşaqlarına göstərilən xidmətlər daimi yaşayış yerindən asılı olmayaraq, dərhal göstərilməlidir.

 

Qadın və uşaq hüquqlarının bərpasına problem yaradan amillər

 

Hicran Hüseynovanın fikrincə, qeyd olunan məsələlərin lazımi səviyyədə yerinə yetirilməməsi zərərçəkən şəxslərin, xüsusilə də qadınların və uşaqların hüquqlarının bərpa olunmasında ciddi problemlər yaradır. Bunun üçün Daxili İşlər Nazirliyinin yerli idarələrində qadın polislərin, inspektorlarının və ya sosial işçilərin sayının artırılmasına ehtiyac var.

Müsbət təcrübələrdən biri bələdiyyələrin nəzdində belə sığınacaqların yaradılması və buraya professional mütəxəssislərin cəlb olunmasıdır. Eyni zamanda qarşıda dayanan vəzifələrdən biri də dövlət yardım mərkəzlərini yaratmaqya QHT-lərin nəzdindəki yardım mərkəzlərinə əsaslı maliyyə dəstəyi göstərməklə, məişət zorakılığı qurbanlarını ödənişsiz əsaslarla təcili qısa və uzunmüddətli mütəxəssis xidməti ilə - hüquqitibbi yardım, psixoloji məsləhət və digər sosial yardımların göstərilməsinin təmin edilməsidir.

Azərbaycanda məişət zorakılığının qarşısının alınması istiqamətində, zorakılığa məruz qalanlarla, zorakılığı törədənlərlə aparıldığını nəzərə çatdıran Hicran Hüseynova deyir ki, zorakılıq baş verdikdə zərərçəkən şəxs və ya ailənin digər üzvü, qohum, qonşu, bələdiyyə, icra nümayəndəliyi, QHT nümayəndəsi tərəfindən dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin “152” xidmətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860” nömrəli “Qaynar xətt”inə və Baş Prokurorluğun “961 “Çağrı Mərkəzinə müraciət edə bilərlər. Müraciətlər zamanı ilk növbədə zorakılığı törətmiş şəxsin və qurbanın vəziyyəti qiymətləndirilməlidir. Məsələnin həlli isə buya digər qurum tərəfindən deyil, sistemli şəkildə həyata keçirilməlidir.

 

Sığınacaqlara yerləşdirilmə problemin tam həlli deyil

 

Komitə sədri əlavə edir ki, Azərbaycanda hazırda hər 100 min qadına nisbətdə ailə münaqişəsi məişət zorakılığı cinayətlərinə məruz qalmış qadınların sayı 17 nəfər təşkil edir. Bu rəqəm digər ölkələr, xüsusilə inkişaf etmiş, eyni zamanda İstanbul Konvensiyasını qəbul edən dövlətlərlə müqayisədə çox aşağıdır:

“Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə qadın hüquqları pozulur belə hallar Şərq ölkələrinə nisbətdə daha çoxdur. Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə Avropa Birliyində liderdir. 2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülüb. Cinsi təcavüz təqib hadisələrinin sayına görə İngiltərə Avropa Birliyində birinci yerdədir. 2017-ci ildə İngiltərədə təcavüzə məruz qalan qadınların sayı 48122, Fransada 14.899, Almaniyada 7831, İsveçdə 6810 olub”.

Hicran Hüseynovanın fikrincə, məişət zorakılığı əməli cinayət işi kimi qəbul edilməlidir. Məişət zorakılığının kriminallaşdırılmasının bir çox ölkədə (Avstriya, Estoniya, Latviya, Fransa, Lüksemburq, İsveç, Bolqarıstan, Çexiya, Macarıstan, Slovakiya, Gürcüstan s.) uğurlu olduğu sübut edilib bu, beynəlxalq ictimaiyyət tərəfindən tövsiyə edilir. Baş vermiş zorakılıq hallarının təhlili göstərir ki, zorakılığın qarşısını almaq istiqamətində əlavə tədbir kimi (cəzalandırmaya alternativ olaraq deyil), təqsirkarın müdaxilə proqramlarında iştirakını təmin etmək məqsədi ilə İnzibati Xətalar Məcəlləsi Cinayət Məcəlləsinin yenidən nəzərdən keçirilməsi dəyişikliyin edilməsi zərurəti yaranıb: “2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənib. Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcək. Xüsusilə məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir”.

Mövzu ilə əlaqədar Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin münasibətini öyrənmək istəsək , qurumdan müraciətimizə cavab verilmədi.

Son olaraq onu qeyd edək ki, qadınların sığınacaqlara yerləşdirilməsi bir çıxış yoludur, amma problemin tam həlli deyil. Elə edək ki, qadınlar yaşamaq gücünü sığınacaqlardan deyil, ailələrindən, sevdiklərindən alsınlar! Onlara sığınacağa sığan qadın həyatını deyil, hüzur, rahatlıq, asudəlik, dinclik, azad sevgi dolu dünya bəxş edək, sığınacaq axtarışı məcburiyyəti ilə üzləşdirməyək...

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 25 noyabr.- S.7.