Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin
Bəyanatı
Noyabrın
26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Ermənistan Respublikasının baş
naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin Bəyanat imzalayıblar.
AZƏRTAC bəyanatı təqdim edir.
“Azərbaycan Respublikası
Prezidentinin,
Ermənistan Respublikası baş
nazirinin və
Rusiya Federasiyası Prezidentinin Bəyanatı
26 noyabr 2021-ci il
Biz, Azərbaycan Respublikasının
Prezidenti İ.H.Əliyev,
Ermənistan Respublikasının
baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində
görüşdük və
Dağlıq Qarabağ
münaqişəsi zonasında
atəşin və bütün hərbi əməliyyatların tamamilə
dayandırılması haqqında
2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası
haqqında 2021-ci il 11
yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini
müzakirə etdik.
Cənubi
Qafqazda sabitliyin, təhlükəsizliyin və
iqtisadi inkişafın
təmin edilməsi naminə 2020-ci il
9 noyabr və 2021-ci il 11 yanvar tarixli
bəyanatların bütün
müddəalarının bundan
sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət
olunmasına tərəfdar
olduğumuzu təsdiq
etdik. 2020-ci il
9 noyabr və 2021-ci il 11 yanvar tarixli
bəyanatlardan irəli
gələn, həllini
gözləyən məsələlərin
tezliklə həllinə
yönəlmiş birgə
səyləri fəallaşdırmaq
barədə razılığa
gəldik.
Regionda vəziyyətin
sabitləşməsinə və təhlükəsizliyin
təmin edilməsinə
Rusiya sülhməramlı
kontingentinin mühüm
töhfəsini qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində
sabitlik və təhlükəsizlik səviyyəsinin
artırılması üzrə
addımlar atmağı
və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət
sərhədinin delimitasiyası,
sonradan tərəflərin
sorğusu əsasında
Rusiya Federasiyasının
məsləhət yardımı
ilə sərhədin
demarkasiyası üzrə
ikitərəfli komissiya
yaradılması barədə
şərtləşdik.
2021-ci il 11 yanvar tarixli
Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının baş
nazirlərinin müavinlərinin
və Rusiya Federasiyası hökumətinin
sədrinin müavininin
birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası
üzrə təsis edilmiş Üçtərəfli
İşçi Qrupunun
fəaliyyətini yüksək
qiymətləndirdik. Regionun iqtisadi
potensialının üzə
çıxarılması məqsədilə
konkret layihələrin
tezliklə həyata keçirilməsinin zəruriliyini
vurğuladıq.
Rusiya Federasiyası
Azərbaycan Respublikası
ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması,
Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması,
habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar
olması məqsədilə
bundan sonra da zəruri olan hər cür
köməyi göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti
İ.H.Əliyev
Ermənistan Respublikasının
baş naziri
N.V.Paşinyan
Rusiya Federasiyasının Prezidenti
V.V.Putin
Azərbaycan.-2021.- 27 noyabr.- S.1.