Nazirlər Kabineti
yanında Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın iclası keçirilib
Noyabrın 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin (AQUPDK) mətbuat xidmətindən AZƏRTAC-a
bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin
müavini, Yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının müdafiəsi üzrə
Komissiyanın sədri Əli Əhmədovun sədrliyi ilə
keçirilən iclasda aidiyyəti qurumların nümayəndələri
də iştirak ediblər.
İclasda
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata
keçirilməsi üzrə 2020–2025-ci illər
üçün Fəaliyyət Planı”nın icra vəziyyəti,
uşaq hüquqlarının müdafiəsi sahəsində
mütəxəssislərin bilik və bacarıqlarının
artırılması, yerli komissiyaların fəaliyyətinin
effektivliyinin təmin olunması, uşaq hüquqlarının
təşviqi sahəsində maarifləndirmə tədbirlərinin
həyata keçirilməsi, komissiyanın
qarşısında duran məsələlər və 2022-ci
il üçün nəzərdə tutulmuş tədbirlər
planı müzakirə edilib.
Azərbaycan.-2021.- 27 noyabr.- S.3.