I Gəncə Kitab Sərgisi keçirilir

 

 

Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisi keçirilir.

AZƏRTAC-ın yaydığı xəbərdə bildirilir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən sərgi “Nizami Gəncəvi ili”nə həsr olunub.

Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir. Sərgidə kitablara 50 faizədək endirim tətbiq olunur, həmçinin məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramlar keçiriləcək.

Sərgidən öncə dahi şair Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib.

 

Azərbaycan.-2021.- 27 noyabr.- S.5.