Azərbaycan
Türkiyə münasibətləri strateji müttəfiqlik
xarakteri daşıyır
İƏT-ə
üzv dövlətlərlə münasibətlərimiz
dostluğa və qarşılıqlı hörmətə əsaslanır
Noyabrın
28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan ilə görüşü
olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə iki ölkə
arasındakı dostluq və qardaşlıq münasibətlərinin
strateji müttəfiqlik xarakteri daşıdığı bir
daha qeyd edildi.
Söhbət
zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı
çərçivəsində aparılan müzakirələrə
toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata
sədrliyi yüksək qiymətləndirildi.
Eyni
zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə
əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin
postmünaqişə dövründə Cənubi Qafqazda gedən
proseslər və mövcud vəziyyət barədə ətraflı
fikir mübadiləsi aparıldı.
Prezidentlər,
həmçinin enerji və nəqliyyat məsələlərini
müzakirə etdilər.
Azərbaycan.-2021.- 30 noyabr.- S.3.