İqtisadi-ticari münasibətlər genişləndirilir

 

İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluğa və qarşılıqlı hörmətə əsaslanır

 

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2021.- 30 noyabr.- S.3.