Azərbaycan bütün
bu məsələləri dəfələrlə
irəli sürüb və Rusiya bunu həmişə
dəstəkləyib
Noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişində Rusiya Federasiyasında işgüzar səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Soçi hava limanında bu veriliş üçün alınan müsahibə yayımlanıb.
AZƏRTAC müsahibəni təqdim edir.
Prezident İlham
Əliyev: Biz Azərbaycanda bunu çox müsbət
qiymətləndiririk. Mən bunu bu gün görüşdə
də demişəm. Rusiya Ermənistan ilə
Azərbaycan arasında münasibətlərin
normallaşması üçün çox mühüm rol oynayır. Görüşün
yekunlarına əsasən qəbul etdiyimiz,
nəqliyyat şəbəkələrinin
açılması, delimitasiya üzrə
komissiyanın işə hazırlaşması üçün
atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan
bütün bu məsələləri
dəfələrlə irəli sürüb
və Rusiya bunu həmişə
dəstəkləyib. Buna görə, bugünkü görüş
də çox böyük
əhəmiyyət kəsb edir.
Azərbaycan.-2021.- 30 noyabr.- S.4.