Yeni Azərbaycan
Partiyası ilə “Nur Otan”
Partiyası arasında əməkdaşlığın
möhkəmləndirilməsi məsələləri
müzakirə olunub
Qazaxıstanın "Nur Otan" Partiyası sədrinin birinci müavini Baurıjan Baybek “Qazaxıstanın partiya-siyasi sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” Beynəlxalq Forumu ərəfəsində Azərbaycan və Avropa siyasi təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib.
AZƏRTAC
xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədrinin
müavini – Mərkəzi Aparatın rəhbəri Tahir
Budaqovla görüşdə partiyalararası əməkdaşlığın
daha da möhkəmləndirilməsi məsələləri
müzakirə olunub.
Görüş zamanı tərəflər qeyd ediblər ki, Qazaxıstanın Birinci Prezidenti - elbası, “Nur Otan” Partiyasının sədri Nursultan Nazarbayev və Azərbaycanın sabiq Prezidenti, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev hələ müstəqillik əldə etməzdən əvvəl iki qardaş ölkənin keyfiyyətcə yeni əlaqələrinin təməlini qoyublar. Məhz onların sayəsində artıq suveren Qazaxıstan ilə Azərbaycan arasında möhkəm qarşılıqlı münasibətlər yaranıb.
Qeyd etmək lazımdır ki, bu gün Qazaxıstanda 100 mindən çox etnik azərbaycanlı yaşayır. Onların arasında uğur qazanmış və tanınmış soydaşlarımız da az deyil. Məsələn, "Ìåìëåêåòò³êò³ëãåêұðìåò " İctimai Birliyinin sədri, alim və ictimai xadim Əsli Osman, Olimpiya çempionu, ağır atletika üzrə dünya çempionu Nicat Rəhimov və sair.
Həmin gün Baurıjan Baybekov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa mühafizəkarlarının katibi Tom Van Dayk, Böyük Britaniya Mühafizəkar Partiyasının nümayəndəsi, Lordlar Palatasının üzvü Ceyms Uorton və beynəlxalq siyasi məsləhətçilər Assosiasiyasının Direktorlar Şurasının üzvü Riçard Merfi ilə də görüşüb.
Görüşdə “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutu tərəfindən təşkil edilən partiya-siyasi sistemlərin, müasir elektoral trendlərin aktual inkişaf məsələləri, həmçinin qarşıdan gələn "Qazaxıstanın siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər" Beynəlxalq Forumunun gündəliyi müzakirə olunub.
Qeyd edək ki, iki
gün davam edəcək
Forumda Rusiya, Çin, ABŞ, Türkiyə, Böyük Britaniya, Belçika və digər ölkələrin xarici və yerli ekspertləri,
siyasi partiyaların, beynəlxalq təşkilatların
və diplomatik korpusun
nümayəndələri iştirak edəcəklər.
Azərbaycan.-2021.- 30 noyabr.- S.5.