Zəfərə gedən yol milli birlik
və mənəvi gücdən başladı
44 günlük
Vətən müharibəsi
dövlətimizin hərb tarixinə,
xalqımızın isə yaddaşına qızıl hərflərlə
yazıldı
2020-ci ilin payızı
başqa bir ab-hava ilə başladı. İnsanlarda mübarizə əzmi,
döyüş ruhu, qisas hissi baş
qaldırdı. Ermənistanın ölkəmizə qarşı
başladığı növbəti
hərbi təcavüzünə
cavab olaraq 27 sentyabrdan etibarən Azərbaycan Respublikası
Silahlı Qüvvələri
Ali Baş Komandanın
rəhbərliyi altında
torpaqlarımızın azad
edilməsi məqsədilə
Vətən müharibəsi
başlandı.
44 gün ərzində
davam edən haqq savaşımızda böyük bir qəhrəmanlıq salnaməsi
yazıldı. Həmin günlərdə bütün
xalqımız ayaq üstə idi, kiçikdən böyüyə
hər kəs vətən adına
səfərbər olmuşdu,
hər bir insan öz durduğu
yeri sanki özünün səngəri
bilirdi, insanlardan barıt qoxusu gəlirdi. Mərdə, qəhrəmana, vətənin dar günündə atlanaraq silaha qurşanıb yağıların üstünə
şimşək kimi şığıyan, nərəsi
ilə tufan qoparan igidlərə ümumxalq məhəbbəti,
el hörməti tükənməz
idi. Bütün bu milli birliyimizi yaradan isə mənəvi gücümüz idi.
Xalqımız ordumuza mənəvi
cəhətdən dayaq
oldu. “Ordum
varsa, yurdum var” ifadəsi vətən müdafiəçilərini
döyüşə ruhlandırdı.
Həqiqətən də Zəfərə aparan haqq savaşımızda
xalqımızla ordumuz
bir vəhdət olaraq Müzəffər
Ali Baş Komandanın
“Dəmir yumruğ”unun
ətrafında sıx
birləşdilər. Bu birlik xalqımıza Böyük Qələbə
sevincini yaşatdı.
Mən də uşaqlıqdan arzusunda olduğum bir yolun yolçusu oldum. Bu yol Qarabağa
uzanan yol idi. Allahıma sonsuz şükürlər
edirəm ki, bu yol ilə
getməyi mənə
də nəsib etdi. Füzulinin mənfur düşmən
tərəfindən dağıdılmış
ərazilərindən keçərək,
Xocavəndin yamyaşıl
və sıx meşələrlə örtülmüş
qayalı dağlarını
aşaraq Xocalının
Sığnaq kəndindən
keçib Daşaltıdan
ötüb, əzəmətli
dağların qoynunda
uzanan tarixi Zəfər yolu ilə Şuşa şəhərinə çatmaq
çox qürurlu və sevincli idi. Bu yol ilə gedərkən gözəl təbiət mənzərələrinin fonunda
gözümün önündə
bir mənzərə də canlanırdı.
Bu mənzərə qəhrəman şəhidlərimizin,
qazilərimizin döyüşlərdəki
şücaəti idi.
Çünki bu yerlərdə
şəhidlərimizin ruhları
dolaşır, bu dağlarda, daşlarda onların axıdılan qanları, ayaq izləri və Qarabağın havasında
nəfəsləri var. Sanki Qarabağın dumanlı dağlarında dolaşan
şəhid ruhları
bizləri salamlayırdı.
Qəhrəmanlıq xalqımızın
qanına hopmuş ali bir hissdir. Bu hiss ilə dünyadan köç edənlər isə əbədi həyat qazananlardır. Bu anlamda əbədi həyat qazanan müqəddəs şəhidlərimizin
əziz xatirəsi xalqımızın yaddaşında
və qəlbində daim yaşayacaqdır.
Sonda onu da xatırladım
ki, qələbəyə
həsr etdiyim yazımın “Zəfər”
Şəhid Ailələrinə
Dəstək İctimai
Birliyi, Mənəvi Dəyərlərin Təbliği
Fondunun dəstəyi ilə Vətən müharibəsinin birinci ildönümünə həsr
olunmuş “Vətənim
Azərbaycandır” adlı
esse yazı müsabiqəsinin diplomuna
layiq görüldüyü
üçün də
çox sevincliyəm.
Yusif CƏFƏRBƏYLİ,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin magistri, laçınlı
Azərbaycan.-2021.-
30 noyabr.- S.8.