Xüsusi karantin rejiminin yumşaldılması pandemiyanın yox olması deyil

 

Buna görə məsuliyyətimizi unutmamalıyıq

 

 

 

Sentyabr ayının sonlarında təhsil ocaqlarında ənənəvi dərslərin başlanmasından sonra növbə digər məkanlara da çatdı. Belə ki, ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul olundu.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv edildi. Qərara əsasən, həmin gündən bir sıra xidmət sahələrinin fəaliyyəti bərpa edildi. İstirahət əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar parkların ərazisində olanlar daxil olmaqla), ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə konfrans zallarının, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq digər əyləncə mərkəzlərinin, o cümlədən ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyətinə start verildi.

 

Fəaliyyəti bərpa edilən xidmət sahələri saat 00:00-dək xidmət göstərir həmin xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslərin COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil olması mümkündür. Qeyd olunan xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

 

Qərara əsasən, Bakı Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər rayonlarından dəmir yolu nəqliyyatı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

 

Qərarda bildirilir ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin qaydalarının pozulması aşkar edildiyi hallarda fiziki hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

 

Gözlənilən qərar verildi. Xüsusi karantin rejimi yumşaldıldı. Amma iki ilə yaxındır ki, hər birimizin həyatını təhdid edən yeni növ koronavirus hələ bizimlədir. Onu görməzdən gələrək ehtiyatsız davrandığımız hər yerdə virusun qarşımıza çıxa biləcəyi ehtimalını istisna etmir. Məlumdur ki, çox sayda insanın uzun müddət qapalı yerdə toplaşması koronavirus infeksiyasının yayılmasına münbit şərait yaradır. Odur ki, indi daha çox diqqət yetirməli, qaydalara əməl etməli, həm özümüzün, həm ətrafımızdakıların sağlamlığını düşünməliyik. Koronavirusun çarəsi tapılmasa da, onunla mübarizə üsulu bəllidir. Sadə qaydalara ciddi əməl olunmalı, maskanı düzgün taxmalı, məsafəni mümkün olduğu qədər gözləməliyik. Gigiyenik tələblərə riayət etmək, vaksin olunmaq vacibdir.

 

Nəzərə alınmalıdır ki, adətən, soyuq aylarda ənənəvi olaraq qrip digər kəskin respirator virus xəstəliklərinə yoluxma çoxalır. Bu da immunitetin zəifləməsinə səbəb olur. Mütəxəssislər belə nəticəyə gəliblər ki, bu payız COVID-19-a yoluxanlarda simptomlar pandemiyanın əvvəlki dalğaları zamanı müşahidə ediləndən fərqlidir. Rusiyalı mütəxəssislərin rəyinə görə, hazırda koronavirusun simptomları adi qripdən fərqlənmir. Temperatur qripdə olduğu kimi yüksəlsə , uzun müddət davam edir.

 

Həkim Aleksandr Ediqer hazırda virusa yoluxanlarda burun axması, əzələ və boğaz ağrısı müşahidə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, şiddətli nevroloji simptomlarla da qarşılaşmaq mümkündür. Belə ki, xəstələrdə baş gicəllənmə, baş ağrıları, sürətlə zəifləmə təsbit edilir, hətta ayağa qalxmaq istəyərkən ürəkgetmə halları baş verə bilər.

 

Adətən bu simptomlar xəstəliyin ikinci günündən başlayır və həftələrlə davam edir. Pasiyentlərdə əvvəlki əlamətlərin - həzm pozğunluqları, qarın ağrısı, ishal, ürəkbulanma və qusmanın qalması da mümkündür.

 

Güclü burun axmasının koronavirus infeksiyasının yeni bir simptomuna çevrildiyini əlavə edən Tibb İşçiləri Həmkarlar İttifaqının rəhbəri və təcili yardım işçisi Dmitri Belyakovun fikrincə, xəstəlik getdikcə sürətlənir, heçaz təhlükəli deyil.

 

Koronavirus xəstəliyinə qriplə birlikdə yoluxduqda ağırlaşmalara səbəb olur. Bu qənaətə Rusiyanın Vektor Mərkəzinin mütəxəssisləri heyvanlar üzərində araşdırma apardıqdan sonra gəliblər. Mütəxəssislər koronavirusqripin birləşməsi ilə xəstənin qripi ağır formada keçirdiyini müəyyənləşdiriblər. Laboratoriya heyvanları üzərində aparılan testlərin nəticəsindən məlum olub ki, infeksiya səviyyəsi yüksəkdir.

 

Alimlərin fikrincə, əsas təhlükə koronavirusun digər viruslarla qarışaraq xəstəliyin gedişatını dəyişə bilməsidir. Mütəxəssislər həmçinin fərqinə varıblar ki, 2020-ci ildə COVID-19 qrip virusunu böyük ölçüdə əvəz edib.

 

Dünyada 4,5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-a çarə axtaran mütəxəssislərin araşdırmalarını davam etdirdiyi bir vaxtda bu xəstəliyin gedişatını asanlaşdıran həblər hazırlandığı barədə də məlumat yayılıb. Transmilli əczaçılıq şirkəti “Merck” və biotexnoloji şəriki “Ridgeback Biotherapeutics” firmasının hazırladığı dərman “Molnupiravir” adlanır. Şirkət bu həbi həm də koronavirusa qarşı peyvəndlərə alternativ hesab edib. 775 peyvənd olunmamış koronavirus xəstəsi üzərində sınaqdan keçirilən həblərin insanlarda xəstəxanalıq olmaölüm hallarının 50 faizədək azaltdığı müəyyənləşib.

 

Dərmanın gözlənildiyindən də yüksək nəticə verdiyini bildirən “Merckin araşdırma qrupunun üzvü Dean Li son sınaqda 1500-dən çox insanın iştirak edəcəyini deyib. Tezliklə şirkət ABŞ və digər ölkələrdəki nümayəndəliklərə dərmanın qeydiyyata alınması ilə bağlı müraciət edəcək.

 

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2021.- 3 oktyabr.- S.1;7.