Vətən müharibəsi şəhidi Muxtar Qasımlının xatirəsi anılıb

 

Oktyabrın 2-də Vətən müharibəsi şəhidi Muxtar Qasımlının xatirəsinin anım günü keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyini bildirib: “Azərbaycan xalqının tarixinə böyük Zəfər kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ilə yaxın davam edən yurd itkisinə son qoydu, hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Böyük Qələbəyə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən yeni şəhidlər verib. Xalqımız bu Qələbəni bizə bəxş edən şəhidlərimizin ruhunu əbədi yaşadacaq”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə bütün dünyada əks-səda yaratdı. Bu Qələbənin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu quruculuğu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Gənclərimiz mənfur düşməni torpaqlarımızdan qovmaq üçün son damla qanına qədər vuruşaraq, böyük rəşadət nümayiş etdirdilər. Xalqımız var olduqca şəhidlərin əziz xatirəsi də yaşayacaq.

Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Muxtar Qasımlının atası Əli Qasımlı, anası Almaz Qasımova, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, din xadimi hacı Şahin Həsənli, Vətən müharibəsi qaziləri müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək mənfur düşməni ağır məğlubiyyətə uğradaraq, xalqımıza bəxş etdiyi tarixi Qələbənin əhəmiyyətindən, Muxtar Qasımlının döyüş yolundan danışıblar.

Muxtar Qasımlının təhsil aldığı 318 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyanın təqdim olunmasından sonra şəhidimizin qısa, lakin şərəfli həyatı, onun döyüş yolunuidman karyerasına dair videoçarx nümayiş etdirilib.

Sonra ehsan süfrəsi açılıb və şəhidin məzarı ziyarət olunub.

 

Azərbaycan.-2021.- 3 oktyabr.- S.3.