3-4 oktyabr

 

Zəfər gündəliyi

 

 

 

 

Oktyabrın 3-də bütün cəbhəboyu gərgin döyüşlər davam edir.

Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri ağır artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

 

***

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edirlər.

 

Dövlət başçısının 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 2020-ci il oktyabrın 1-dək  120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000 rubl vəsait daxil olur.

 

***

 

Səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilir. Müdafiə Nazirliyi həmin anların videogürüntülərini yayır.

 

***

 

Ali Baş KomandanTwitter  səhifəsində paylaşım edərək xalqa müjdəli xəbər verir:

 

Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

 

***

 

Bu xoş xəbərin arfınca Prezident daha bir məlumat paylaşır: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”

 

***

 

Günün sonunda Ali Baş Komandan xalqa daha bir müjdəli xəbər verir. PrezidentTwitter” səhifəsində yazır: “Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir.

 

Qarabağ Azərbaycandır!”

 

***

 

Müdafiə Nazirliyinin yaydığı məlumatda bilirilir ki, bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriyaraket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.

 

***

 

Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

 

Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

 

Oktyabrın 4-də Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə tutulur.

 

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.  Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu, hələ də davam edir.

 

***

 

Düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyur. Erməni tərəfinin Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

 

Düşmən tərəfindən açılan atəş nəticəsində Gəncədə dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyir.

 

***

 

Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilir. Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir. Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov açıqlama verərək deyir ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir.

 

***

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancılır.

 

Artıq həmin postda Azərbaycan bayrağı dalğalanır!

 

***

 

Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüşavtomobil texnikası qənimət götürülür.

 

***

 

Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter” səhifəsində paylaşım edərək xalqa növbəti müjdəni verir:  Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

 

***

 

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edir:

 

Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

 

***

 

Ali Baş Komandan birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edir. Onlara tapşırıq verir ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar.

 

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirərək, Prezidenti əmin edirlər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

 

***

 

Axşam saatlarında Prezident xalqa müraciət edir. Prezident Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin işğaldan azad edilməsi münasibəti ilə xalqı təbrik edir.

 

Ali Baş Komandan deyir ki, bir həftədir döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaq: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”.

 

Prezident deyir ki, Azərbaycan tarixində bir çox şərəfli anlar olub, amma onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Azərbaycan ədaləti bərpa edir: “Biz Azərbaycan xalqının ümidlərini doğrulduruqbundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

***

 

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verərək bir daha bəyan edir ki, Azərbaycanı heç kim haqq yolundan döndərə bilməz.

 

“Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir” deyən dövlət başçısı vurğulayır ki, əgər Ermənistan  atəşkəs istəyirsə, Azərbaycandan üzr istəyib, torpaqlarımızdan çıxmaqla bağlı vaxt cədvəli təqdim etsin. Belə olarsa, Azərbaycan Ordusunun uğurlu əməliyyatları dayandırılacaq və danışıqlar aparılacaq.

 

Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və “Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hisslərini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, “Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur”.

 

***

 

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhərinin ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.- 3 oktyabr.- S.5.