Serjik Ermənistanda
yenə istehza hədəfi old
Samvel Baqramyan:
“Sarkisyan qorxaqdır, vəzifədə olanda gücü ancaq kasıb insanlara çatırdı”
Əli günahsız azərbaycanlıların
qanına batmış,
Xocalı cəlladı
kimi ad çıxarmış
Serjik Sarkisyanın vaxtaşırı boşboğazlıq
etməsi Ermənistanda
da gülüş və istehza obyektidir. Çünki Serjikin ikiüzlü,
alçaq, korrupsioner olduğunu Ermənistan xalqı da yaxşı
bilir.
Elə bu günlər tanınmış erməni
ictimai xadim, “İKM” proqramının koordinatoru
Daniyel İohanisyan hərbi cinayətkar Serjik Sarkisyanla bağlı sensasion faktlar açıqlayıb.
Erməni mediasında gündəmə
çevrilən bu faktlar məşhur Aprel döyüşlərinə
aiddir.
Məlum olub ki, Serjik
Aprel döyüşlərində
özünün təbliğ
etdiyi kimi “qəhrəman komandan” olmayıb. Əksinə, döyüşlərin qızğın vaxtında
xaricdə istirahətindən
qalmayıb. Belə ki,
o, Aprel döyüşlərinin
son günündə Baden-Badendə
olub. İohanisyan
qeyd edib: “O, Baden-Badendə olarkən hələ də cəbhə bölgəsində
tank və toplardan istifadə olunurmuş, atəşkəsin perspektivi
isə bəlli deyilmiş”.
Erməni ictimai xadim bildirib ki, S.Sarkisyanın niyyəti ayın 6-da Berlinə səfər etmək olsa da, eks-prezident bunun əvəzində ayın 5-i Baden-Badenə uçub: “”Beləcə,
o, bir gecə istirahət edib və sonra Berlinə
uçub. Məsələyə maddi tərəfdən
yanaşdıqda isə
Sarkisyanın bizim vergilərimiz hesabına
Baden-Badenə 16 dəfə
səyahət etdiyini görərik. Sarkisyan bura
yalnız tətil üçün getmirmiş”.
Yeni aşkara çıxan bu faktlar sosial
mediada sensasiya kimi qarşılanıb. Çünki hələ də erməni cəmiyyətində
Serjikdən müharibədə
xalqın yanında olan, daim ordunu
düşünən “qəhrəman”
obraz yaradanlar var.
Bu fonda
onu da qeyd
edək ki, Prezident İlham Əliyev azad edilən ərazilərə
növbəti səfərində
Serjikə və onun kimilərinə növbəti dəfə xəbərdarlıq edərək
demişdir: “Onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş
seçkilərdə görün
heç beş
faiz səs toplaya bilməyib. Görün erməni xalqı bu məxluqa
nə qədər nifrət edir ki, hətta müharibədə günahkar
sayılan iqtidara daha çox səs verdi,
nəinki ona. Odur ki, bir də
deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər
yerdəyəm. Siz haradasınız?!
Cəhənnəmdə, gorbagor statusla
bir yerdə. Vəssalam, qurtardı, bitdi”.
Azərbaycan Prezidentinin bu açıqlamaları Ermənistanda
böyük maraqla qarşılanıb. Sosial şəbəkələrin erməni seqmentində qeyd olunur ki,
keçmiş hərbi
xuntanın uydurmaları
daha insanlar tərəfindən qəbul
olunmur. İxtisasca
iqtisadçı olduğunu
qeyd edən Samvel Baqramyan “Facebook” sosial şəbəkəsində yazır:
“Bilmirəm fikir verirsiniz ya yox,
ümumiyyətlə, İlham
Əliyev çıxışlarında
Koçaryan və Sarkisyana meydan oxuyur. Hər dəfə Sarkisyanı
hərbi cani adlandırır. Bu dəfə də dövlətimizi, ordumuzu biabır etdi. Serjikin isə Əliyevin dediyi kimi, onun
cavabını verməyə
cürəti çatmaz.
Çünki qorxaqdır, vəzifədə
olanda gücü ancaq kasıb insanlara çatırdı”.
Simon Nalbadyan adlı istifadəçi isə “Facebook”da İlham Əliyevin son çıxışları
ilə bağlı paylaşılan xəbərə
rəy yazıb: “Mənim əmim Qarabağda gedən döyüşlərdə ölüb.
Bu günə kimi hakimiyyət savaşlarının qurbanı
olmuşuq. Keçmiş hakimiyyət nümayəndələrinin
atdığı addımlardan
sonra bu gün gördük ki, Qarabağ bizi parlaq gələcəyə
yox, tam məhvolmaya apardı. Müharibədə uduzduq, dostlarımız
həlak oldu. Torpaqları sakit şəkildə qaytarmaq olmazdımı?”
Rusiyalı ekspert Aleksandr Razuvayev isə məsələ ilə bağlı bildirib: “Ermənistanın
çökməsi, müharibədəki
məğlubiyyəti, kapitulyasiyası
son 30 illik dövlət
siyasətinin nəticəsidir.
Bir düşünün,
30 il ərzində
İsrail güclü
iqtisadiyyat və güclü ordu yarada bildi. Modernləşdirilmiş iqtisadiyyatı, həyat şəraiti və əlbəttə ki, güclü silahlı qüvvələrini tamamilə
yenidən yaradan Azərbaycana baxın.
Bu, əlbəttə ki, ilk növbədə, Heydər Əliyevin və onun yolunu
davam etdirən İlham Əliyevin xidmətidir”.
Qeyd olunur ki, ötən
illər ərzində
Ermənistan güclü
korrupsiyadan başqa heç nə yaratmayıb, üstəlik,
sırf turizm və əmək miqrantları üzərində
dayanan iqtisadiyyat modeli qurub. Təbii ki,
bu, çox qeyri-sabit iqtisadiyyatdır.
Aydındır ki, pandemiya bu iqtisadiyyatı “kart evi” kimi məhv
etdi. Amma yada salsaq görərik
ki, məhz Koçaryan və Sarkisyan bu model iqtisadiyyatla fəxr edirdi. Bu işdə
hazırkı hakimiyyəti
günahlandırmaq sadəcə
gülüncdür. Bu
iqtisadiyyat, ordu onilliklər ərzində
qurulub. Məhz “yenilməz ordu”, “güclü iqtisadiyyat” terminləri illərlə
Koçaryan və
Sarkisyanın vizit kartı olub.
Rusiyalı ekspert əlavə edib ki, Ermənistan
iqtisadiyyatının və
ordusunun dağılmasında,
ilk növbədə, bu
ölkənin bütün
əvvəlki rəhbərləri,
nazirləri, yüksək
rütbəli məmurları
günahkardır. Uduzmağı da bacarmağa kişilik lazımdır:
“Azərbaycanda güclü
lider var. Cənab Əliyevin dünyada, xüsusən MDB-də, o cümlədən Rusiyada böyük avtoriteti vardır. Ermənistanın belə lideri
heç vaxt olmayıb. Təbii ki, indi Ermənistanda bütün
siyasətçilər Əliyevə
həsəd aparırlar.
Amma səssizcə həsəd aparmaq lazımdır! Oturun, səsinizi kəsib həsəd aparın! Azərbaycanın qələbəsi güclü iqtisadiyyatın,
müasir Silahlı Qüvvələrin, döyüş
ruhunun bəhrəsidir
ki, ordunun hər bir əsgəri
şəhid olmağa,
Vətənini azad etməyə hazır idi”.
Bu məzmunlu
şərhlərə çoxlu
əlavələr etmək
olar. Amma buna ehtiyac yoxdur. Çünki onsuz da 44 günlük müharibədə
Ermənistan tarixinin ən böyük zərbəsini alıb və bunu bütün
dünya bilir. Üstəlik Prezident İlham
Əliyevin son günlər
Qarabağa səfəri
zamanı səsləndirdiyi
fikirlər Ermənistana
məğlubiyyətinin acısını
yenidən yaşadır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.-6 oktyabr.- S.1; 12.