Xəzər rayonunda
Vətən müharibəsi şəhidinin xatirəsi
anılıb
Xəzər rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Qasımov Ramiz Vaqif oğlunun anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidin məzarı önündə keçirilən tədbirə Xəzər Rayon İcra Hakimiyyətinin, YAP Xəzər rayon təşkilatının rəhbər və məsul şəxsləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri qatılıblar.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra şəhidin keçdiyi şərəfli ömür yolundan danışılıb, döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.
Şəhidin ailə üzvləri və
yaxınları göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident xanım Mehriban
Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.- 2021.- 24
oktyabr. S. 5.