Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
və qurumlarında 343 mindən çox
vətəndaş qəbul edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 min 469 vətəndaşın qəbulu həyata keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, onlardan 2366-sı nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda),
341 min 103-ü nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST mərkəzlərində qəbul edilib.
Bu ilin 9 ayında nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 min 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib.
Müraciətlərin 313 min 215-i nazirlik və qurumları tərəfindən, 594 min 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 min 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə
araşdırılaraq cavablandırılması, müraciətlərdə
əksini tapan məsələlərlə
əlaqədar aidiyyəti tədbirlərin görülməsi
təmin olunub.
Azərbaycan.- 2021.- 24
oktyabr. S. 5.