Milli iqtisadiyyatın artım tempi beynəlxalq qurumların proqnozlarını üstələyir

 

30 illik işğala son qoyan möhtəşəm qələbəmiz artıq bir ildir ki, gələcək iqtisadi uğurlarımızın möhkəm təməli rolunu oynayır. Bu qələbə Azərbaycana iqtisadi islahatları vacib sahələrə yönəltməyə, qazandığımız böyük ruh yüksəkliyi isə bu islahatları daha məzmunlu və daha sürətlə reallaşdırmağa imkan yaradır.

 

Müxtəlif ranqlı beynəlxalq sorğu agentlikləri, ekspertlər və iqtisadçılar mütəmadi olaraq nailiyyətlərimizi şərh edir, uğurlarımızdan danışırlar.

 

Beynəlxalq qurumlarla yanaşı, Azərbaycanın özündə yaranan beyin mərkəzləri də araşdırmalarında bu mövzudan yan keçmirlər. Davamlı iqtisadi analizləri ilə ictimaiyyətin diqqətini çəkən beyin mərkəzlərindən ən nüfuzlusu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir (İİTKM). Qeyd etmək lazımdır ki, bu beyin mərkəzi Azərbaycan iqtisadiyyatının bütün sahələrini və həmçinin ümumi müqayisəli ciddi analitik analizlərini aparır.

 

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı sonuncu araşdırmasında iqtisadi artım sürətinin 4,8 faizə çatdığını bildirir.

 

Belə ki, Azərbaycanın iqtisadi artım tempi aybaay sürətlənir. Onun sözlərinə görə, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz artan qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınmışdır: “BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempiDünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib”.

 

Vüsal Qasımlı bunun əsas səbəbini yüksək sənayeləşmə tempində görür: “Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstəricisi 24,8 faizdən əhəmiyyətli üstündür. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi AvropaBaltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir”.

 

V.Qasımlı postkonflikt quruculuğu, həmçinin tədiyyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamentalların iqtisadi artımı stimullaşdırdığını qeyd etmişdir: “BVF-nin proqnozlarına əsasən Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 2021-ci ildə 7,8 faiz təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi - 1,7 faizdən əhəmiyyətli şəkildə üstün olacaqdır. Proqnozlara görə, Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaqdır”.

 

Azərbaycan postneft dövrünə hazırlaşsa da, enerji bazarlarında yaşanan problemlərin fonunda neft-qaz ixracatçısı statusunu inamla qoruyurciddi təhdidlərlə üzləşmiş Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir: Dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda Azərbaycanın Şərq-Qərb dəhlizinin üzərində yeni bir arteriyanın - “Zəngəzur dəhlizi”ni gerçəkləşdirməsi təkcə ölkəmizin deyil, regionun iqtisadi artım potensialına töhfə verə bilər”.

 

Xatırladaq ki, İİTKM Azərbaycanda aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə yaradılmışdır. İİTKM dünyanın tanınmış beyin mərkəzlərindən biri kimi yarandığı

 

5 il ərzində 50-yə qədər strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki iqtisadi əsaslandırma və digər sənədlərin hazırlanmasında, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına öz töhfəsini vermişdir.

 

Mərkəzin təhlil imkanlarını artırmaq üçünEconLABiqtisadi təhlil laboratoriyasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyilə maliyyə proqramlaşdırılması, ümumi tarazlıq, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılmışdır. Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu bp şirkətinin dəstəyilə www.monitoring.az portalı əsasında rəqəmsallaşdırılmışdır. İİTKM iqtisadi islahatların hazırlanması və həyata keçirilməsi sahəsində dövlət və özəl sektorun dialoqu əsasında qurulan rəqəmsal həll - azranking.az portalının operatorudur. İİTKM-in 40-a yaxın elektron resursu, “İxrac icmalı”, “İslahat icmalı” və “Video icmalkimi xüsusi buraxılışları ilə yanaşı, həm də operativ kommunikasiya siyasəti qeyd edilməlidir. Bu 5 ildə Forbes, Reuters, BBC, Foreign PolicyLondon Post kimi nüfuzlu dünya nəşrlərində, T20 və Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu kimi platformalarda, BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu qurumların tədbirlərində ölkəmizi təmsil etmişdir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.- 2021.- 24 oktyabr. S. 2.