Rəsmi İrəvan İlham Əliyevin qərarları ilə hesablaşır

 

Ermənistan Zəngəzur dəhlizinin açılmasını, kommunikasiyaların bərpasını dəstəkləyir

 

Bu gün dünya miqyasında qəbul edilir ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi hadisədir.

 

Bu, artıq nəzərdə tutulan müddətdə dəhlizin işə düşəcəyini bəri başdan deməyə əsas verir. Hadisələrin gedişi göstərir ki, Zəngəzur dəhlizindən keçəcək avtomobil və dəmir  yollarının açılmasına İrəvan da razıdır.

 

Bunu  Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da təsdiq edir. Onun sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır.

 

Bildirilir ki, Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərindən ibarət İşçi Qrupu istismar ediləcək dəmir yollarının xəritəsinə dair razılaşmaya yaxındır və avtomobil yolları xəritəsinə dair müzakirələr davam edir.

 

Kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması sülh prosesində mühümmümkün irəliləyiş olaraq qəbul edilir. Bölgədə kommunikasiyaların açılması 11 yanvar 2021-ci il tarixli üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) Bəyanatda da təsbit edilib. Rəsmi Bakının yanaşmasına əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda ölkələrimizlə tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.

 

Ermənistanın baş naziri Nikol Paşinyan da qeyd edir  ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat regionda kommunikasiyaların açılmasını nəzərdə tutur: “Ermənistan bu ideyanı tam dəstəkləyir. Bu məsələnin həlli regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı müəyyən təminatlar yaradacaq. Rəsmi İrəvan məsələyə məhz bu nöqteyi-nəzərdən və bu anlayışla yanaşır”.

 

Paşinyan əlavə edib ki, hazırda yük daşınması ilə bağlı marşrutlar müzakirə edilir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan  noyabrın ilk ongünlüyündə Moskvada yeni üçtərəfli Bəyanatın imzalanacağına dair xəbərləri şərh edərkən müəyyən razılaşma əsasında Zəngəzur dəhlizinin açılmasını istisna etməyib: “Hər şeydən öncə demək istərdim ki, müxtəlif formatlarda görüşlər barədə təkliflər müzakirə olunur. Ola bilsin ki, nəzərdə tutulan belə görüşlərin yekunu əsasında hansısa razılaşdırılmış mətn hazırlansın”.

 

Parlamentdə keçirilən “hökumət saatı”nda Nikol Paşinyan Zəngəzur dəhlizi ilə yanaşı, artıq sərhədlərin müəyyən edilməsi üçün müəyyən addımların atıldığını bildirib: “Hansı sovet xəritələrinin Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi üçün kifayət qədər hüquqi baxımdan əsasa malik olduğunu bilmək lazımdır. Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin ayrılması ilə bağlı xatırlatdığı xəritələr 100 faizolmasa, heç olmasa 99 faiz “Ermənistanın administrativ - ərazisi haqqında” qanunu ilə üst-üstə düşməlidir. O xəritələr təxminən müttəfiq respublikaların xəritələri ilə üst-üstə düşür. O ayrı məsələdir ki, bu xəritələrdən hansı sərhədlərin dəqiq müəyyən edilməsinə xidmət edə bilər. Müttəfiq respublikalar arasında xəritələr bir neçə dəfə dəyişib və bunun müxtəlif səbəbləri olub. Məsələn, olub ki, Sov İKP MK-nın növbəti plenumunda bir rayonun icra katibliyi qonşu ölkənin qardaş rayonuna otlaq sahəsini veribyaxud əksinə. Biz bilməliyik ki, xəritələr necə dəyişib, nə vaxt dəyişib və niyə dəyişib”.

 

Bu baxımdan sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi gündəmə gəlib. Ermənistan mediası bəzi mənbələrə əsasən, 1920-ci il xəritələri əsasında sərhədlərin müəyyənləşə biləcəyini iddia edir. Rusiya Prezidenti Vladimir Putinin sonValday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyasında Rusiya Müdafiə Nazirliyinin arxivindəki xəritələrdən istifadə olunacağına, eləcə də Zəngəzur dəhlizinin və ümumilikdə kommunikasiyaların açılmasına dair fikirləri, əlbəttə ki, təsadüfi deyildi. Bundan öncə MDB dövlət başçılarının videokonfransında Nikol Paşinyanın Zəngəzur dəhlizində qatar yolu ilə yanaşı, avtomobil yolunun olacağına, həmçinin Ermənistanın Azərbaycan vasitəsilə Rusiyayaİrana yol əldə edəcəyinə dair söylədikləri də ondan xəbər verir ki, hadisələr Azərbaycanın istədiyi kimi inkişaf edir. Rəsmi İrəvan Prezident İlham Əliyevin regionun təhlükəsizliyini təmin edəcək, eləcə də hər iki ölkənin iqtisadi inkişafına böyük təkan verəcək layihələrini dəstəkləyir. Keçmiş hərbi  xunta bunun gerçəkləşməməsi üçün müxtəlif oyunlara əl atsa da, ölkə daxilində heç bir dəstək ala bilmir. Bu da onu deməyə əsas verir ki, Ermənistandakı revanşistlərin “fəallığı” Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərə mane yarada bilməyəcək. Asiyanı Avropaya birləşdirəcək dəhlizin işə düşməsi isə yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirəcək və bölgənin təhlükəsizliyi daha da güclənəcək.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2021.- 29 oktyabr. S. 1; 4.