Zəngəzur dəhlizi
reallığa çevrilir
Azərbaycan Vətən müharibəsindəki qələbədən sonra yeni tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi göstərdi ki, bərpa prosesi sürətli və əzəmətlidir. Zəngəzur dəhlizinin təməlinin qoyulması isə dövlətimizin milli maraqlarının qətiyyətlə həyata keçməsindən xəbər verir.
Milli Məclisin deputatlarının fikirləri də bu barədədir.
Azərbaycan quruculuq missiyası ilə nümunə göstərir
Sevil MİKAYILOVA,
Milli Məclisin deputatı:
- Azərbaycan 44 günlük
Vətən müharibəsində
tarixi zəfəri ilə Cənubi Qafqazda tamamilə yeni reallıq yaradıb. Bölgədə, nəhayət, dayanıqlı
sülhü, təhlükəsizliyi
təmin etmək üçün imkanlar yaranıb. Hazırda işğaldan azad
olunmuş ərazilərdə
bərpa-quruculuq işlərini
sürətlə davam
etdirən dövlətimiz,
əslində, öz gücünü artırmaqla
yanaşı, qonşu
ölkələrin də
sülh və əmin-amanlıq şəraitində
yaşaması, iqtisadi
dirçəlişə nail olmaları üçün
geniş imkanlar təklif edir. İşğaldan azad olunmuş
ərazilərdə Ermənistanın
dağıdıcılıq siyasəti fonunda Azərbaycan quruculuq missiyası ilə nümunə göstərir.
Azərbaycanın təklifini düzgün
dəyərləndirmək hazırda Ermənistan üçün tarixi fürsətdir. Belə ki,
öz işğalçı
siyasəti ucbatından
uzun illər iqtisadi blokadada olan Ermənistan, nəhayət, bu təcriddən çıxmaq,
qonşu ölkələrlə
normal münasibətlər qurmaq imkanı əldə edib.
Azərbaycan öz ali
məqsədinə çatıb,
torpaqlarını işğaldan
azad edərək ərazi bütövlüyünü
təmin edib. İndi Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü
tanıdığını bəyan etməlidir.
Bu ölkə həm Azərbaycan, həm də Türkiyəyə qarşı
əsassız ərazi
iddialarını birdəfəlik
unudub öz qonşuları ilə
normal əlaqələr qurmağa
çalışmalıdır. Ermənistan bu işdə beynəlxalq hüququn bütün müddəalarına
hörmət göstərməli,
işğalçılıq siyasətinin heç bir millətə fayda vermədiyini dərk edərək səmimi iradə ortaya qoymalıdır.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın
oktyabrın 26-da Füzuli
Beynəlxalq Hava Limanının açılışında
və Zəngəzur dəhlizinin təməlqoyma
mərasimindən sonra
bəyan etdiyi kimi, Ermənistan Azərbaycanla münasibətlərində
səmimi iradə ortaya qoyacağı təqdirdə, Türkiyə
ilə də münasibətlərin normallaşması
üçün heç
bir əngəl qalmayacaq. Ermənistan Azərbaycana və
Türkiyəyə qarşı
olan ərazi iddialarından birdəfəlik
əl çəkməyə
məcburdur. Bu ölkə öz konstitusiyasında və hərbi doktrinasında bu cür iddiaları
ifadə edən müddəalara da dəyişikliklər etməlidir.
Ermənistan anlamalıdır ki, dövlət sərhədləri
müvafiq BMT sənədləri
ilə təsbitini tapıb. Bu sərhədlərin
pozulmasına istənilən
cəhd beynəlxalq hüququn kobud pozulmasıdır. Belə ki,
dövlətlərin suveren
ərazisi toxunulmazdır.
Ermənistan hazırda yaranmış
tarixi şansdan yararlana bilər, onun başqa yolu yoxdur.
Dostluq, qardaşlıq və müttəfiqlik rəmzi
Sədaqət
VƏLİYEVA,
Milli Məclisin deputatı:
- Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti
səfəri Azərbaycan-Türkiyə
sarsılmaz birliyinin əyani təzahürü
olduğunu, ölkələrimiz
arasında əməkdaşlığın,
qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha təsdiqlədi.
Həmçinin bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə
birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə
çevrilib, dünyada
dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox
olması fonunda Azərbaycan-Türkiyə birliyi
nümunəvi xarakter
daşıyır.
Prezident
Rəcəb Tayyib Ərdoğanın Qarabağa
ikinci səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində
iştirak etməsi, Zəngəzur dəhlizinin
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin
qoyulması, “ağıllı
kənd” layihəsi çərçivəsində görülən işlərlə
tanış olması
bir daha qardaş ölkənin Azərbaycanın uğurlarını,
sevincini paylaşmasına
işarədir. Zəngilanda keçirilmiş
görüşlər zamanı
bir daha dünyaya mesaj verildi ki, iki
ölkənin liderləri
öz əməli fəaliyyətləri ilə
milli maraqları hər şeydən üstün tutduqlarını
və qətiyyətlə
qoruduqlarını nümayiş
etdirirlər. Bu gün öz liderlərinin sayəsində
Türkiyə və Azərbaycan böyük uğurlar əldə edir, dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən
ölkələr kimi
tanınır və qəbul edilir.
Zəngəzur dəhlizinin təməlinin
qoyulması tarixi hadisədir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu
ilə Bakıdan İstanbula gedən dəhliz yaradılacaq.
Zəngəzur dəhlizinin regionda
kommunikasiyaların, iqtisadi
əlaqələrin möhkəmlənməsində
böyük rolu olacaq. Eləcə də Füzuli
Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə strateji
əhəmiyyətə malik
kommunikasiya infrastrukturu
formalaşdıracaq. Füzulidə istifadəyə verilmiş,
Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanları da regionun inkişafında
əhəmiyyətli rol
oynayacaq.
Regionda sülhün qarantı
Şahin
İSMAYILOV,
Milli Məclisin deputatı:
- Dərin tarixi kökə malik Azərbaycan-Türkiyə dostluq
və qardaşlığı
dünyada birlik, güc nümunəsidir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə
səfəri ictimaiyyət
tərəfindən böyük
maraqla qarşılandı.
Bundan əvvəl dövlət başçılarının
Şuşada baş tutan görüşündə
tarixi Şuşa
Bəyannaməsi imzalanmışdı.
Bu görüş həm
də Şuşa
Bəyannaməsinin müddəalarının
uğurla həyata keçirilməsinin sübutudur.
Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin
hər biri mühüm siyasi hadisədir.
Türkiyə Prezidentinin işğaldan azad edilən torpaqlarımıza növbəti səfərini bir neçə istiqamətdə şərh edə bilərik. Bunlardan birincisi Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanan şəxs dövlət və xalq səviyyəsində yüksək dəyər verilən qardaş ölkənin Prezidenti oldu. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, dövlət başçıları tərəfindən hava limanının rəmzi açılışını bildirən lentin kəsilməsi və hava limanının rəmzi açarlarının hər iki dövlət başçısına təqdim olunması da məhz iki qardaşın bir-birinə göstərdiyi yüksək diqqət və dəyərin ölçüsüdür.
İkincisi ondan ibarətdir ki, qardaş dövlətlərin prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla, həm də Zəngəzur dəhlizinin təməlini qoydular. Bu da, öz növbəsində, Naxçıvan, oradan isə Türkiyə ilə avtomobil nəqliyyatı ilə birləşməyimizi təmin edəcək. Bu hadisə olduqca əhəmiyyətli təməlqoyma mərasimi olmaqla mənəvi və iqtisadi perspektivləri ehtiva edir. Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, dövlət başçılarının burada ilk çinar ağacı əkməsi, “Anadolu” Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisi ilə tanışlıq, qardaş ölkənin Prezidentinin ön sözünü yazdığı və “Anadolu” Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını müzəffər Ali Baş Komandanımıza təqdim etməsi və səfərin proqramına daxil olan bütün fəaliyyətlər sarsılmaz birliyi göstərən amillərdəndir. Səfər çərçivəsində açılış və təməlqoyma mərasimləri, eyni zamanda görülən işlərlə tanışlıq böyük rəmzi məna daşıyır.
Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün türk dünyası üçün inam, güc və əzmdir, antimilli qüvvələr üçün qorxu və təşvişdir, bəzi dairələr üçün isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən “Bir millət, iki dövlət” milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Azərbaycan-Türkiyə birliyi regionda sülhün qarantıdır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2021.- 29
oktyabr. S. 5.