Bir millət, iki dövlət
Dostluğun, qardaşlığın ünvanı
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
* Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında
birlikdə iştirakımız
bir daha bizim birliyimizi göstərir, gücümüzü
göstərir. Onu göstərir
ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır.
* Həm Şuşada, həm də bu gün Zəngilanda
rəsmi mərasimlərin
keçirilməsi, Türkiyə
və Azərbaycanın
Dövlət himnlərinin
səslənməsi, bizim
birgə addımlarımız
tarixdə əbədi
qalacaq. Bu tarixi
biz birlikdə yazırıq.
Necə ki, bütün müharibə dövrü
ərzində birlikdə
idik, bu gün də bir yerdəyik.
* Əziz qardaşım,
bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda
hər kəs Sizi sevir, Sizə
böyük hörmətlə
yanaşır. Siz bizim
Zəfərimiz üçün
çox böyük işlər görmüsünüz
və bu gün artıq quruculuq dövründə,
bərpa dövründə
yenə də bizimlə bərabərsiniz.
* Zəngilan Şərqi Zəngəzur bölgəsində
yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.
Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin
gerçəkləşməsi üçün əməli
addımlar atır. Əminəm
ki, bu addımlar
yaxın gələcəkdə
öz bəhrəsini
verəcəkdir.
* Tam əminəm ki, bundan sonra da
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə
irəli gedəcək,
xalqlarımız bir-birinə
daha da yaxın
olacaq, dövlətlərimiz
bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Beləliklə, Türkiyə ilə
Azərbaycanın birgə
gücü daha da təsirli olacaq.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti
* İşğaldan azad
edilən bu gözəl bölgəyə
- Füzuliyə səfərimdən
dörd ay yarımdan sonra bu dəfə
Zəngilanda olmaqdan böyük məmnunluq duyuram. Əziz qardaşım Prezident
Əliyevə lütfkar
dəvətə görə
öz adımdan, heyətim və millətim adından bir daha təşəkkür
edirəm.
* Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan
azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən
necə dirçəldiyini,
necə sürətlə
inkişaf etdiyini gördük. Bu, hər
igidin, hər siyasətçinin işi
deyil.
* Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün
fəaliyyətini davam
etdirir... Bu fəaliyyətə
liderlik edən İlham qardaşımı
və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm.
* Bu gün İlham qardaşımla keçirdiyimiz
görüşlərdə ikitərəfli əlaqələrimizi
və regional prosesləri
ətraflı müzakirə
etdik... Ən önəmlisi, Şuşa
Bəyannaməsi ilə
strateji müttəfiqlik
səviyyəsinə çatdırdığımız
əlaqələrimizi daha
necə inkişaf etdirə biləcəyimizi
müzakirə etdik. Bir millət, iki dövlət olmağın
verdiyi ortaq şüur və ruhla hərəkət edirik.
* Azərbaycan bölgənin
əsl potensialının
həyata keçirilməsinə
mane olan işğalı
şanlı Zəfəri
ilə sona çatdırdı, BMT Təhlükəsizlik
Şurasının illərdir
tətbiq olunmayan qətnamələrini özü
həyata keçirdi...
Gün gələcək Zəngəzurdan
çıxıb İstanbula
qədər gedə biləcəyik, İğdıra,
Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə
çevrilmə imkanı
möhkəmlənəcək.
Azərbaycan müəllimi.-
2021.- 29 oktyabr.- S.1.