Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 3/8

 

Maliyyə xidmətləri bazarında tənzimləmə nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki KomissiyasıNormativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nın 1 saylı Əlavəsində “II mərhələ - Namizədliyin qeydə alınmasıhissəsi üzrə “4) Namizədin gəlirlərinin miqdarı mənbələri barədə məlumat:” adlı bənddəMaliyyə Bazarlarına Nəzarət PalatasısözləriAzərbaycan Respublikasının Mərkəzi Bankısözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/24 saylı Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndindəmaliyyə bazarlarına nəzarət orqanınınsözləriAzərbaycan Respublikasının Mərkəzi Bankınınsözləri ilə əvəz edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

03.09.2021-ci il

 

Azərbaycan.- 2021.- 4 sentyabr.- S.4.