Ölkəmizdə koronavirus əleyhinə
vurulan peyvəndlərin ümumi
sayı 7 milyonu ötüb
Azərbaycanda koronavirus infeksiyasından müalicə olunaraq sağalanların sayı yoluxanların sayını üstələyir. Amma sevinmək hələ tezdir. Çünki bu təhlükəli virusa yoluxma faktı yenə də yüksəkdir.
Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatlara əsaslanaraq deyə bilərik ki, hər gün COVID-19 səbəbindən dünyasını dəyişənlərin sayında azalma müşahidə olunmur.
Dünyada koronavirusla bağlı vəziyyət
mürəkkəb olaraq qalır
Qlobal virus dünyada hər gün neçə-neçə insanın
sağlamlığını əlindən alır. Minlərlə
koronavirus xəstəsi isə həyatını
itirir. Artıq dünya
üzrə bu təhlükəli infeksiyaya yoluxanların sayı 220 milyon nəfəri ötüb.
Bu barədə pandemiyanın
online statistikasını aparan
Worldometer saytı məlumat verib. Koronavirus
səbəbindən ölənlərin
sayı 4 milyon 560 min nəfərdən, sağalanların
sayı isə 196 milyon 798 min nəfərdən
çoxdur.
COVID-19 infeksiyasına
yoluxanların sayına
görə dünyada
birinci yeri ABŞ tutur. Həmin ölkədə
yoluxma hallarının
sayı 40 milyon 513 min
nəfəri, həyatını
itirənlərin sayı
662,8 min nəfəri keçib,
31 milyon 200 minə yaxın xəstə isə sağalıb.
ABŞ-dan
sonrakı sıralarda
yoluxma göstəricisinə
görə Hindistan və Braziliya dayanır. Hindistanda 32 milyon 903 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb, 439 min 916 nəfər
vəfat edib, 32 milyon 63 mindən çox xəstə sağalıb. Braziliyada isə indiyədək 20 milyon 830 min nəfərdə
COVID-19 xəstəliyi təsdiqlənib,
onlardan 582 mini vəfat
edib, sağalanların
sayı 19 milyon 802 min
nəfərdir.
Sərhəd qonşularımız arasında
da COVID-19-la bağlı
vəziyyət mürəkkəb
olaraq qalır. Qonşu Rusiya
bütün dünyada
koronavirusa yoluxma sayına görə
ABŞ, Hindistan və
Braziliyadan sonra dördüncü yeri tutur. Bu ölkədə
hər gün yüzlərlə insan
COVID-19-un qurbanı olur.
Digər
sərhəd qonşularımız
arasında koronavirus səbəbindən ən
çox ölüm hallarının qeydə alındığı digər
ölkələr isə
İran və Türkiyədir. Qonşu Gürcüstanda
da bu təhlükəli
virusla bağlı vəziyyət ağırdır.
Belə ki, həmin ölkədə ötən
sutka ərzində 86 nəfər COVID-19-dan dünyasını
dəyişib. “Sputnik Gürcüstan”ın verdiyi
məlumatda o da bildirilib ki, bu, koronavirus pandemiyası başlayandan
Gürcüstanda ölümlə
bağlı qeydə alınan ən yüksək göstəricidir.
Araşdırmalarda yeni
nəticə
Dünyanı koronavirusun cəngindən
xilas etməyə çalışan mütəxəssislərin
araşdırmaları davam
edir. Belə bir vaxtda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası
(TÜBİTAK) arasında imzalanmış
Əməkdaşlıq Sazişi
üzrə Müştərək
Proqram çərçivəsində
aparılan birgə tədqiqatlar nəticəsində
düyü kəpəyi
zülalının hidrolizi
əsasında əldə
edilən kationik EQRPR peptidin xərçəng
xəstəliyinə və
CovId-19 infeksiyasına qarşı
mübarizədə tətbiq
oluna bilməsi, onların təsir mexanizmlərinin tədqiq edilməsi barədə məlumat yayılıb.
AMEA-nın Fizika-Riyaziyyat
və Texnika Elmləri Bölməsindən
verilən məlumata əsasən, Azərbaycan
tərəfindən Milli
Onkologiya Mərkəzinin
direktoru, akademik Cəmil Əliyev, AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən
isə professor Sevim Akuyuz tədqiqat işlərinə rəhbərlik
edirlər.
Kompleks tədqiqatlarda həm nəzəri (molekulyar dokinq, molekulyar mexanika), həm də eksperimental (Furye Çevirici İnfraqırmızı Spektroskopiya,
Raman spektroskopiyası, Dairəvi
dixroizm və Elektron Paramaqnit Rezonansı Spektroskopiyası)
metodlardan geniş istifadə edilib. Həmçinin EQRPR peptidinin həm nöqtəvi D-izomer dəyişmələri, həm
də tam D-izomer peptidləri sintez edilib, onların dərman xüsusiyyətlərinin
dəyişməsi tədqiq
olunub.
Məlumata görə,
iki ölkənin alimləri tərəfindən
ilk dəfə molekulyar
dokinq metodunu tətbiq etməklə peptid və onların D-izomer analoqlarının ACE2, SARS-CoV-2 virusunun S- və Mpro zülalları ilə birləşmə kompleksləri göstərilib,
həmçinin komplekslərin
birləşmə konstantları
hesablanaraq mümkün
kliniki profilləri təyin olunub. Tədqiq edilən EQRPR peptidinin multifunksional olması göstərilib.
Mütəxəssislərin fikrincə, peptid bir sıra mühüm
inteqrinlərlə birləşə
bilir. Bu da
həm SARS-CoV-2 virusu infeksiyasına, həm də xərçəng xəstəliyinə qarşı
mübarizədə geniş
istifadə oluna bilər.
Əldə olunan mühüm nəticələrdən biri
də multifunksional peptidin müxtəlif zülallarla birləşmə
xüsusiyyətinin müxtəlif
nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb.
Eksperimental və nəzəri
işlərdən alınan
nəticələrin bir-biri
ilə uğurlu şəkildə uzlaşması
təqdirəlayiq hesab
edilir.
Ağciyər xərçəngi hüceyrələrində
aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin
hüceyrə membranı
ilə qarşılıqlı
təsirdə olduğu
göstərilib. Layihə üzrə alınan mühüm nəticələr
yüksək impakt faktorlu “Journal of Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə
(Evaluation of anti-cancer and anti-covid-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg,
from rice bran protein and its d-isomer analogs through molecular docking) öz əksini tapıb.
Qeyd edək ki, mühüm
kliniki və fundamental
əhəmiyyətə malik
olan tədqiqat işləri davam etdirilir.
Vaksinasiya prosesinin
əhəmiyyəti dünyanın
diqqətindədir
Qlobal bəlanın qarşısını
almaq üçün
hazırda əksər
ölkələrdə koronavirusa
qarşı vaksinasiya
prosesi davam etdirilir. Ölkəmizdə yanvarın 18-dən tibb işçilərinin
koronavirusa qarşı
peyvəndlənməsinə başlanılıb. Bütün dünyada
mütəxəssislər vaksinasiya
prosesinin əhəmiyyətini
qeyd etdikləri bir vaxtda ölkəmizdə
bu istiqamətdə ardıcıl işlər
aparılır.
Onu da bildirək ki, sentyabrın 3-də Azərbaycanda
85 min 760 nəfər yeni
növ koronavirus
(COVID-19) infeksiyası əleyhinə
vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 min
116, ikinci mərhələ
üzrə vaksinasiya olunanların sayı 37 min
644 nəfər təşkil
edib.
Azərbaycanda dünənə
qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 95 min 693, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 287 min 967, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2
milyon 807 min 726 nəfər
təşkil edir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2021.- 4 sentyabr.- S.1, 7.