Ermənilərin Qarabağda
növbəti fiaskosu
Yaxud “dəlidən doğru…” qərar
Erməni xalqının tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı. Artıq bunu ermənilərin özləri də danmır. Erməni siyasi şərhçi Tevos Arşakyan deyir ki, hələ keçən il həmin gün ermənilər bir-birini təbrik edirdi: “Amma bu gün təqvimin qırmızı günü qaraya çevrilib. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur, lakin məhz 2 sentyabr 2021-ci il tarixdə “dqr”in - “artsaxın” son günü kimi qalacaqdır”.
T.Arşakyan daha sonra bildirir ki, “dqr”in elan olunmasının 30-cu “ildönümü”ndə Ermənistanın ali vəzifəli şəxslərinin heç biri “artsax”a gəlmədi. Nə prezident, nə baş nazir, nə sonuncunu əvəz edən Papikyan, nə də XİN başçısı Mirzoyan. Niyə gəlmədilər? Cavab aydındır, söhbət qorxudan gedir.
Onlar rəsmi
Bakının qəzəbindən qorxurlar.
Sentyabrın 2-də Robert Koçaryan
və Serj Sarkisyan da “artsax”a
gəlmədi. Halbuki ən azı
onlar öz “doğma” yerlərini ziyarət edə bilərdilər. Lakin Koçaryanla
Sarkisyanın da bunu etməyə cəsarəti çatmadı”.
Bəli, Qarabağda
rus sülhməramlılarının
arxasında gizlənən
separatçıların “yubiley”inə
Ermənistan hakimiyyətindən
rəsmi şəkildə
heç kəs qatılmadı, yalnız parlamentdə təmsil olunan fraksiyaların bir neçə deputatından savayı. Hər il təmtəraqlı
mərasimlər, rəsmi
nümayəndələrin səfərləri, çıxışları
ilə keçən qondarma “artsax”ın “müstəqillik” günü
bu il sadəcə
bəyanatlarla “qeyd olundu”.
Səbəbini erməni
siyasi ekspert Tevan Poqosyan belə açıqlayır:
“İlk dəfə olaraq Ermənistan rəhbərliyi “müstəqillik
günü” münasibətilə
Qarabağa getmədi.
Bunun səbəbini Ermənistan
rəhbərliyinin qorxu
və narahatlığında
axtarmaq lazımdır.
Necə deyərlər, iki qorxu - bir ölüm.
Bəlkə də vəzifələrini
itirməkdən, bəlkə
də Azərbaycanın
reaksiyasından qorxdular”.
Ermənistan parlamentinin deputatı, “Ermənistan” fraksiyasının
üzvü Areqnaz Manukyan da bununla
bağlı Paşinyan
hakimiyyətini tənqid
edib. Deputat qondarma rejimin yaradılmasının
30 illiyi ilə bağlı tədbirlərdə
prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan
və spiker Alen Simonyanın iştirak etməməsinin
səbəbini belə
izah edib: “Qarabağdakı “müstəqillik”
tədbirinə Ermənistanın
3 ən yüksək vəzifəli şəxsi
qatılmayıb. Bu misligörünməmiş hadisədir.
Müharibədən sonra yalnız
xarici işlər naziri Ara Ayvazyan
Qarabağa getdi.
Bundan sonra Azərbaycan belə halların təkrar olunacağı halda reaksiya verəcəyini bildirdi.
Bu sözlərdən sonra Qarabağa səfərlər dayandırıldı”.
Jurnalistlər də Ermənistanın yüksək-səviyyəli
dövlət nümayəndələrinin
qondarma “artsax”ın yaradılmasının
30-cu ildönümü münasibətilə
oranı ziyarət etmədiklərinin, Paşinyanın
isə belə bir vaxtda məzuniyyətə
getdiyinin səbəbini
soruşublar. Ermənistanın
ərazi idarəetmə
və infrastruktur naziri Vaaqn Xaçatryan
məsələni belə
izah edib: “Deməli, belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Bu cür addım
atmaq zəruridir.
Başqa
heç nə axtarmayın, hər şey yaxşıdır”.
O, həmçinin bundan
böyük bir problem
düzəltməyə gərək
olmadığını vurğulayıb:
“Ermənistan hakimiyyəti
bu günlə əlaqədar tədbirləri
belə keçirmək
qərarına gəldi.
Heç
bir problem yoxdur. Bundan böyük problem yaratmayın”.
Onu da bildirək ki, Qarabağda təxribat xarakterli “mərasim”ə qatılan Ermənistan parlamentində
təmsil olunan fraksiyaların üzvlərinə
də burada xoş münasibət sərgilənməyib.
“Qraparak” qəzeti
yazır ki, həmin
deputatlar Xankəndidə
hücuma məruz qalıblar. Belə ki, Xankəndi
şəhərinə gələn
deputatlar yerli sakinlər tərəfindən
qəzəblə qarşılanıblar.
Sakinlər İrəvandan
gələn deputatları,
onların təmsil etdikləri İrəvan hakimiyyətini övladlarının
və ərlərinin
qatilləri hesab etdiklərini bildiriblər.
Hadisələr hətta
o həddə çatıb
ki, çağırılmamış
qonaqları qəzəbli
sakinlərin daş-qalağından qorumaq üçün polis çağırılıb.
Bax, belə bir vəziyyətdə
irəvanlıların Xankəndiyə
gəlməməsini qorxu-ürküdən
savayı, həm də “dəlidən doğru...” qərar kimi də qəbul
etmək olar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.- 4 sentyabr.- S. 1; 8.