Şuşanın yeni baharı payızda gəldi

 

Gözünüz önünə Qənimətlər muzeyindəki erməni hərbi texnikalarının  nömrələrindən yığılmış böyük lövhəni gətirin. Sonra da onu təsəvvürünüzdə ekrana çevirin, həmin nömrələrin əvəzində isə monitorları düzün və xəyalən onları Azərbaycan-Ermənistan sərhədi boyu uçan PUA-lara bağlayıb diqqətlə hər iki tərəfin görüntülərini seyr edin və müqayisələndirin. Heyrətamiz fərqlərlə qarşılaşacaqsınız, gördüklərinizə təəccüblənəcəksiniz...

Təəccüblənəcəksiniz ona görə ki, Ermənistanın məhv edilmiş və ruhən dağıdılmış ordusunun əsgərləri yenə də hücum imitasiyası edir, əzələ və güc nümayiş etdirməyə çalışır, təxribatlar törədirlər. Qarabağda isə bu ordunun qalıqları qəyyumları tərəfindən təlimlərə çəkilir, yenə səngərlər qazılır, müdafiə sədləri qurulur. Bununla erməni millətçiləri faciəvi məğlubiyyətdən sonra yenə müharibənin kölgəsində sürünməyə üstünlük verdiklərini ortaya qoyurlar, ziddiyyətlərin, qarşılıqlı ittihamların və faşist ambisiyalarının məngənəsində can verirlər.

Digər tərəfdən isə minlərlə sadə erməni övladının nahaq ölümü ilə barışa  bilmir, iqtidara da, müxalifətə də nifrət edir.

İndi isə sərhədin bu tayına - Vətənə baxaq. 44 günlük müharibədən ötən 9 ay ərzində Azərbaycanın bu əraziləri tikinti meydanına çevrilib. Budur, Füzuli aeroportu, 100 kilometrdən uzun “Zəfər yolu”, bünövrəsi qoyulan “ağıllı” kənd və şəhərlər. Seyr edin və erməni faşizmi ilə sülhsevər Azərbaycan xalqının başlıca fərqlərinə dönə-dönə əmin olun. Əmin olungörün ki, biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistəri də bir o qədər müharibələrin və barbarlığın sadiq qullarıdır.

Bu müharibədə biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də mədəniyyətimizi beşiyinə qaytardıq və muğamı yenidən Qarabağın səmalarında qanadlandırdıq, “Xarıbülbül”ü düşmən caynağından aldıq, payızda Şuşaya yenidən bahar gətirdik. Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində həm erməni faşizminin mahiyyətini açıqlamış, həm də Şuşanın Azərbaycan üçün hansı fəlsəfi məzmun daşıdığını izah etmişdir: “Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.

İndi İrəvanda erməni millətçiləri Şuşa üçün timsah göz yaşları axıdaraq zır-zır ağlayırlar. Amma özləri də yaxşı bilirlər ki, bu müqəddəs şəhərin onlara heç bir dəxli yoxdur. Yəqin ki, adı hamıya bəlli heyvan zəfəranın nə olduğunu qananda erməni millətçiləri də Suşanın bizim üçün necə müqəddəs şəhər olduğunu anlayacaqlar. Onlar Şuşaya, bütün Qarabağa necə bağlı olduqlarını 30 ilə yaxın işğalda saxladıqları ərazilərimizdə törətdikləri ağlasığmaz vəhşiliklərlə nümayiş etdirdilər.

İndi gəlin bizim nümayiş etdirdiyimizə baxaq, Şuşanın yalnız bir gününə nəzər salaq. Avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa işğaldan azad edildikdən sonra bu şəhərdə Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil edilən Vaqif Poeziya Günlərində iştirak etdilər. Dövlət başçısı tədbirdəki çıxışında dedi: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idibiz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”. Dövlət başçısının dediyi bu əməli addımlar bizim mədəniyyətimiz, tariximiz, indimizlə bağlıdır.

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xalq artisti Bülbülün ev-muzeyinin, dahi Azərbaycan şairiictimai-xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimləri də keçirildi. Bundan başqa, “HotelKonfrans Mərkəzinin” təməli qoyuldu, yenidənqurma işləri yekunlaşanQarabağhoteli açıldı. Bu tədbirlərdə iştirak edən dövlət başçısı və birinci xanım həm də Üzeyir bəy Hacıbəylinin ev-muzeyində və Şuşada xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada görüləsi bərpa işləri ilə tanış oldular. Bəli, bütün bunlar bizim təkcə bir gündə nümayiş etdirdiklərimizdir.

Şuşa bizim hər birimizin ürəyidir. 30 il idi hər birimizin içində Şuşa boydaŞuşa adlı daim qan sızan yara vardı. Eşq olsun Ali Baş Komandana və müzəffər Ordumuza ki, bu müqəddəs şəhərimizi, namusumuza, qeyrətimizə bərabər Şuşanı geri qaytardı.

Bütün bunlar bizə onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işləri dərin məna kəsb edir və zahirən göründüyü qədər də sırf iqtisadi tədbirlər, işğaldan azad edilmiş ərazilərin bərpası kimi qiymətləndirilməli deyil. Bu həm də işğalçı Ermənistanla aparılan soyuq müharibənin davamıdır. Yadelli işğalçılar nə qədər qaniçən və qəddar olduqlarını ortaya qoyurlarsa, bizgördüyümüz işlərin miqyası və sürəti ilə sülhə və əmin-amanlığa sədaqətimizi sübut edirik.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2021.- 7 sentyabr.- S.1; 4.