Koronavirusun təhlükəsi hələ ki davam edir
İki ilə yaxınlaşır və hələ də bütün dünya 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunmuş COVID-19 bəlasından qurtuluş yollarını axtarır.
Bir çox ölkədə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Gözəgörünməz “düşmən” dünyanın hər tərəfinə yayılmaqda, insanların sağlamlığını, həyatını təhdid etməkdədir.
Belə ki, dünyada pandemiya ərzində koronavirusdan həlak olanların sayı 4.58 milyonu ötüb. ABŞ, Hindistan və Braziliya bütün bu dövr ərzində COVID-19 infeksiyasına 20 milyondan çox yoluxma qeydə alınan ölkələrdir.
Azərbaycanla qonşu ölkələrdə də koronavirus infeksiyası gündəmdə qalmağa davam edir. Sərhəd qonşularımız olan Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda və Ermənistanda təhlükəli virusa yoluxma və ölüm halları hələ də yüksəkdir. Ölkəmizdə də hər gün onlarla vətəndaşımız bu qlobal bəlanın qurbanına çevrilir.
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 54,6 faiz. Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,3, Naxçıvanda 0,06 faiz təşkil edir. Ölkə üzrə xarici yoluxma isə 0, 4 faizdir.
Paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,6 faiz təşkil edir. Xətaidə 13,5 faiz, Yasamalda 11,8 faiz, Sabunçuda 11,7 faiz, Suraxanıda 8,3 faiz, Nərimanovda 7,9 faiz, Nəsimidə 7,7 faiz, Xəzərdə 7,5 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.
Hazırda dünyanın bir sıra ölkələrində qlobal pandemiya ilə mübarizə məqsədilə vaksinlər hazırlanır. Vaksinasiya prosesi koronavirusa qarşı ən effektiv vasitə hesab edilir. Ancaq dünyanın qabaqcıl elm adamları ruhdan düşmürlər. Müalicə məqsədi ilə yeni vasitələr axtaran mütəxəssislər səylə çalışırlar.
ÜST-ün hər gün yenilədiyi statistikada koronavirusa yoluxma göstəricisinə görə, birinci yerdə dayanan ABŞ Çində koronavirus infeksiyasının araşdırılmasını maliyyələşdirmək üçün 3 milyon dollardan çox vəsait ayırıb. “Intercept”in məlumatına görə, həmin vəsaitin ayrılmasında məqsəd yarasalarda koronavirusun yaranması və insanlara ötürülməsi ehtimalını araşdırmaqdır.
Məlumatda o da bildirilib ki, bu qrant bir neçə elmi təşkilat arasında bölüşdürülüb. Onlardan biri də Uhanın Virusologiya İnstitutudur.
Təəssüf ki, dünyanın müxtəlif yerlərində mütəxəssislərin araşdırmalar apardığı bir vaxtda COVID-19 da eyni formada, eyni xislətdə qalmır. Tez-tez ayrı-ayrı ölkələrdə koronavirusun yeni stamlarının yayılmağa başladığı barədə məlumatlar alırıq.
Dünyada
narahatlıq doğuran daha
bir ştamm - “mu” ştammı yeni növ koronavirus (COVID-19)
infeksiyasının mutasiyasıdır. Bu ştam daha çox yoluxuculuq
xüsusiyyətinə malikdir. Ümumdünya Səhiyyə Təşkilatının
rəsmi nümayəndəsi Tarik Yazarkeviç açıqlayıb ki, koronavirusun yeni “mu” ştamının
orqanizmin immun
reaksiyasına potensial təsirini öyrənmək
lazımdır. O deyib: “Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan
orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək
lazımdır. Virusların təkamülü
ilə bağlı
ÜST-ün İşçi
qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış
immunitet bu ştamma qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı
təsdiq etmək üçün əlavə
araşdırmalar aparılmalıdır”.
Qeyd edək ki, Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb. Xarici KİV-in məlumatına görə,
yeni mutasiya vaksinlərə qarşı
daha davamlıdır.
“Mu” variantı, həmçinin B.1.621 kimi
məşhurdur. O, təşkilatın
müşahidəsi siyahısına
“maraqlı variant” kimi
əlavə edilib. Yeni variant potensial immun qaçış xüsusiyyətlərinə
malikdir. İlkin məlumatlar
göstərir ki, o, “beta”ya bənzər vaksinasiyadan qaça bilər, lakin mütəxəssislər bu
ştammla bağlı
daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.
“Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni
ştamm azı 39 ölkədə mövcuddur.
ÜST rəsmisi
qeyd edib ki, koronavirusun yeni “mu” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə
məlumatların mübadiləsi
üzrə Qlobal təşəbbüs qrupu)
avqustun 29-na olan məlumatına görə,
indiyədək “mu” ştamına
dünyanın 39 ölkəsində
4 500-dən çox yoluxma
halı qeydə alınıb.
Mütəxəssislər bildiriblər ki, COVID-19 virusu ümumiyyətlə,
tarix boyu yayılmış digər
viruslardan çox fərqlidir. Məsələn, İspan qripinin
100 ildə cəmi 4 mutasiyası məlumdur.
Yəni,
xəstəliyi idarə
etmək mümkündür.
COVID-19 isə iki ilə yaxındır
yayılmasına baxmayaraq,
dəfələrlə çox
mutasiya edib. Ona görə də təşvişə düşmədən
qabaqlayıcı tədbirlər
görülməli, tibbi
maska taxmalı, sosial məsafəni qorumalı, gigiyenik qaydalara əməl olunmalıdır.
“Mu” ştammı
ilə bağlı bu günlərdə yayılmış daha bir xəbər isə narahatlığımızı
artırır. Belə ki, qonşu
Türkiyədə də
artıq bu ştama yoluxma halları aşkar olunub.
“Türkiyədə
koronavirusun “Mu” ştammına
iki yoluxma hadisəsi qeydə alınıb”. “TRT Haber”in məlumatına görə,
Türkiyənin səhiyyə
naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında
deyib. Fəxrəddin Qoca bildirib: “Virusun yeni variantı
olan “Mu” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən
“Delta” və “Delta+”un əlamətləri
müşahidə olunur”.
Qardaş ölkənin səhiyyə
naziri vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını
da diqqətə çatdırıb.
Qeyd edək ki, “mu” ştammı sürətli
yoluxduruculuq qabiliyyətinə
malikdir. Odur ki, bu ştamm Azərbaycan üçün də
real təhlükəyə çevrilə bilər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2021.- 10 sentyabr.- S.1; 5.