Şərin məğlubiyyəti

 

Regionun sonuncu ölkəsinin “birinci xanım”ının arzusu necə ürəyində qaldı

 

Müharibə təkcə səngərlərdən, artilleriyaraket zərbələrindən, texnikaların toqquşmasından, ağır və qanlı üzbəüz döyüşlərdən keçmir. O, eyni zamanda diplomatik masada, ideoloji cəbhədə gedir. Biz 44 günlük Vətən müharibəsində bunların bir daha şahidi olduq, Azərbaycan Prezidenti İlham Əliyevin 30-dan çox müsahibə ilə düşmən təbliğatını ağır zərbələrlə necə darmadağın etdiyini gördük.

Amma elə bu ideoloji mübarizədə diqqət yetiriləsi incə bir məqam da oldu. Yadınızdadırsa, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünü işğalçı dövlətin birinci qadını hesab edən Anna Akopyanın “siyasi debata” çağırışlarına əhəmiyyət vermədi, onları yox kimi qarşıladı. Lakin dövlətlərarası münasibətlərdə bu münasibət saymazlıq, opponenti hesaba almamaq kimi qarşılansa da, əslində reallıq tam başqa mətləblərdən xəbər verirdi.

İki il əvvəl - 2019-cu ildə Ermənistanın baş nazirinin arvadı Anna Akopyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Qarabağdamuğam məclisi”nə dəvət etməsi yəqin çoxlarının xatirindədir. Ermənistanda da, Azərbaycanda da buna mütləq cavab veriləcəyini gözləyənlər kifayət qədər oldu. Lakin Anna Akopyan əldən-ayaqdan getsə də, qarşı tərəfdən cavab ala bilmədi. Bəs, əvəzində nə aldı?

Hadisələri təfərrüatı ilə xatırlatmaq üçün bir daha iki il geriyə qayıdaq. 2019-cu il dekabrın əvvəlində Anna Akopyan hardansa oxumuşdu ki, Mehriban xanım Əliyeva sosial şəbəkədə “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!” məzmunlu status yazıb. Əslində isə ölkə mediasında Mehriban Əliyevanın bu sözləri xeyli əvvəl - avqust ayında yayılmışdı. Amma bu xronoloji təhrifi kənara qoyuruq, baxmayaraq ki, həmin təhrif ermənilərin özləri kimi, yazdıqlarının da saxta olduğunu göstərir. Nə isə, Anna Akopyan Mehriban xanımın həmin sözlərindən sonra gözlərini yumub ağzını açaraq feysbuk səhifəsində sərsəm sayaqlamalara rəvac vermişdi: “Mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o bizim qonağımız ola bilər. Erməni xalqı və artsaxlılar qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər. Bu, həqiqətən dəvətdir... Onun Qarabağda sevimli muğamını dinləmək arzusu yerinə yetər”.

Lakin bu da ona azlıq etmişdi. A.Akopayn 2019-cu il dekabrın 4-də YerevandaQadınların sülh təsbit etməkdə rolu: imkanlar çağırışlarmövzusunda keçirilən konfransda dəvətini yenidən səsləndirdi. Hələ bu azmış kimi, hədə gəlmişdi: “Qarabağda muğam dinləmək arzuları müharibə yolu ilə gerçəkləşdirilməsi nəzərdə tutulursa, bu arzu yerinə yetirilməz qalacaq”.

Lakin işğal edilmiş Azərbaycan ərazilərinə əbədi sahib çıxdıqlarına ermənilərin ən qədim, müdik, ağıllı güclü xalqolduğuna hər bir erməni kimi cahilcəsinə inanan Anna Akopyan bu zaman anlamamışdı ki, onun həmin bəyanatları harın işğalçılığa, quduz faşist jestlərinə söykənən, qadına ölkənin birinci qadınına yaraşmayan rəzillikdən savayı bir şey deyil. Anlamamışdı ki, Qarabağa səfərləri, bu cür sərsəmələri yiyəsiz qadının üzdəniraq sərgüzəştlərinə bənzəyir. O üzdən hətta Cıdır düzündə əri ilə yallı getməsi, erməni silahlı qüvvələrinə təlim keçməsi, döyüşən qadın dəstəsi yaratmaq cəhdi onu bu imicdən xilas etmədi. beləliklə, özünü dünya ictimaiyyətinə sülhün carçısı kimi təqdim etmək istəyi olmayan ürəyində qaldı.

Amma bir arzusu həyata keçdi - Şuşadan muğam səsi, Üzeyir bəyin yeri-göyü silkələyən üvertürası ucaldı bu səsin əks-sədası bütün dünyaya yayıldı. Bir neçə ay əvvəl Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtında keçirilmişXarıbülbülfestivalı A.Akopyanın sosial şəbəkə boşboğazlığına verilən ən tutarlı cavab oldu. İnanmırıq ki, regionun sonuncu ölkəsinin birinci xanımı bundan sonra bir başından böyük bu cür qələt edə. Xüsusən 30 illik işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzurda səsi heç Xarıbülbül”dən zəif çıxmayan işlər görülürsə, tədbirlər keçirilirsə. Bu gün Akopyan özü kimilərinin dağıdıb viran qoyduqları Vaqifin məqrəbəsi, Bülbülün ev muzeyi bərpa edilib, Üzeyir bəyin heykəli kiçik vətəninə qaytarılıb, bu yaxınlarda isə ev muzeyi əsaslı təmir olunacaq. Bunlar təkcə Şuşada görülən işlərin yalnız bir hissəsidir. Onların üzərinə Azərbaycanın mədəniyyət paytaxtında yenilikcə istifadəyə verilən beşulduzlu hoteli, keçirilən Vaqif poeziya günlərini, həmin tədbir çərçivəsində açılanQarabağ Azərbaycan mədəniyyətinin incisidirYenidən doğma diyarda. Qarabağın sənət incilərisərgilərini, eləcə işğaldan azad olunmuş digər ərazilərdə görülən işləri - çəkilən yolları, tunelləri inşa olunan hava limanlarını, reallaşdırılan infrastruktur layihələrini, salınanağıllıkənd şəhərləri gəlsək həmin işlərə işğalçıların əməlləri bəyanatları fonunda qiymət versək, onda kimin xeyir, kimin şər üçün doğulduğu bir daha məlium olar.

Biz böyük Nizaminin məşhur əsərindəkixeyir şər”i təsadüfən qeyd etmədik. Bəli, ən azı Qarabağa - Azərbaycan ərazisinə münasibətdə A.Akopyanı onun kimilərini şərdən savayı kiməsə, yaxud nəyəsə bənzətmək mümkün deyil.

Amma yaxşı ki, tarixi torpaqlarımız bu cür şərlərin əsarətindən xilas olmuşdur. İndi 30 il sahibinin yolunu gözləmiş Qarabağ Şərqi Zəngəzurun İlham Əliyev Mehriban xanım Əliyeva kimi xeyirxahları var. Azərbaycan xalqı bu gün məhz o iki şəxsin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizi büsbütün yenidən qurur. Ümumiyyətlə, yenidən qurmaq, dirçəltmək, inkişaf etdirmək üzü Ulu Öndərdən bəri Əliyevlərin alnına yazılıb. yenə yaxşı ki, yazılıb, yoxsa ...yanlar kimi şər qüvvələr bu dünyada hələ çox əraziləri xarabalığa çevirərdi.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2021.- 10 sentyabr.- S.1; 5.