Peyvənd olunanlar xəstələnsə, onu yüngül keçirirlər

 

Dünyanın “başağrısı”na çevrilmiş, iki ilə yaxındır ki, insanları şokda saxlayan, sağlamlığın qənimi, hətta “gözəgörünməz bəla” adlandırılan koronavirusdan birdəfəlik yaxa qurtarmaq üçün yollar axtarılır.

Hələlik ondan xilas olmağın yeganə yolu ötən ilin dekabrında əldə edilən vaksindir. Vaksinasiya prosesinə qoşulan ölkələrdə ölüm hallarının azalması insanlarda bu bəladan xilas olmağa inamı gücləndirməkdədir. Çünki son aylar dünya üzrə peyvəndlənmə prosesinə nəzər saldıqda bir daha bunun şahidinə çevrilirik.

Əslində bu ümumbəşəri fəlakətdən xilas yolu birgə mübarizədən başlayır.

Ümumiyyətlə, yoluxmaölüm hallarına görə COVID-19-u digər xəstəliklərdən fərqləndirən həm də onun simptomlarının fərqli olmasıdır.

Dünyanın hər yerində bu bəlaya qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, insanların xüsusilə ayıq-sayıq olması da tövsiyə edilir. Doğrusu, ilk vaxtlar vaksinasiyaya münasibət birmənalı deyildi. Hətta ona inamın azlığı daha geniş təbəqəni əhatə edirdi. Son vaxtlar bu problemin qismən də olsa aradan qaldırılması vəziyyətin nəzarət altında saxlanılmasına stimul yaradıb. Bütün bunlarla yanaşı, insanları düşündürən və onların cavab axtardığı suallar da az deyil. Məsələn, soruşulur ki, koronavirusa ikinci dəfə yoluxmaq mümkündürmü? Bu suala tibb mütəxəssislərinin cavabları arasında diqqət çəkəni belədir: “Bəli, ikinci dəfə yoluxma mümkündür, hətta peyvənd olunanlar da istisna deyil. Lakin məsələ  xəstəliyin necə keçirilməsindədir. Peyvənd olunmayanlarla olunanların yoluxmasındakı fərq onların xəstəliyi yüngülya ağır keçirməsində özünü göstərir. Əlbəttə, peyvənd olunanlar infeksiyaya yoluxsalar da, onlar xəstəliyi yüngül keçirə bilirlər. Çünki onlarda virusa qarşı immunitet yaranır”.

Tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadənin dediyinə görə, hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən asılı olaraq müalicə müddəti dəyişilə bilər: “Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin. Qeyd etdiyim kimi, xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir”.

 Belə şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidirlər. İzolyasiyaya gəldikdə isə, COVID-19-un inkubasiya dövrü 21 gün olduğundan, bu müddətdə xəstələrə yaşayış yerlərini tərk etməyə icazə verilmir. Təəssüf ki, belə hallara hələ də rast gəlinir. Virus daşıyıcısı olan xəstələr ev şəraitində müalicəyə cəlb edilmələrinə baxmayaraq, onlar ictimai nəqliyyatda, küçə-bazarlarda, böyük ticarət mərkəzlərində peyda olmaqla, digərlərinin də yoluxmasına səbəb olurlar. Bu, yolverilməz olsa da, nədənsə vətəndaşlıq məsuliyyətini unudanlara hələ də rast gəlməkdəyik.

İnsanları ciddi narahat edən digər məqamlardan biri də evdə necə izoliyasiya olunmaqdır. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova deyir ki, buna şərait əl vermirsə, xəstənin yatağını digərlərindən, ən azı 2 metr məsafədə yerləşdirmək lazımdır. Onun sözlərinə görə, həm xəstə, həm də onunla eyni evdə qalan bütün şəxslər evin daxilində tibbi maskaqoruyucu vasitələrdən istifadə ilə özlərini, eləcə də ətrafdakıları yoluxmadan qorumuş olurlar. Tibbi maskanı isə iki saatdan-bir dəyişmək tövsiyə edilir. Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan hökumətinin daha bir tövsiyəsinə görə, evdəki insanlar əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini bölüşməkdən çəkinməlidirlər.

“Evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminlizülalla zəngin olan qidalar qəbul etməlidirlər”, - deyə Vüqar Cavadzadə əlavə edir.

Həkim onu da qeyd edir ki, xəstəliyi simptomsuzyüngül keçirən şəxslərə antibiotik təyin edilmir: “Xəstəliyi orta-ağır keçirənlərə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməli və onun düzgün seçimi üçünantibiotikoqramma” aparılmalıdır. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur”.

İmmuniteti zəif və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini onun otağına daxil olmadan vermək daha təhlükəsizdir.

Vüqar Cavadzadənin qənaətincə, xəstələrin böyük əksəriyyəti digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. “Bəziləri həkimə müraciət etmədən ev şəraitində ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonals. kimi preparatlar qəbul edirlər. İnsanların çox hissəsi sanki düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Bu belə deyil. Dərmanlar həkim tərəfindən təyin ediləndə onların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır”.

Peyvəndlənmə prosesində fəallıq vacib şərtdir. Lakin görünən odur ki, insanları hələ də doğru yoldan azdırmaq kimlərinsə sanki marağındadır. Məsələn, peyvəndlərin birinin digərindən keyfiyyətli olması barədə yayılan söz-söhbətlər də ölkə əhalisini çaş-baş qoyur. Son günlər daha çoxPfizer” peyvəndinə üstünlük verilməsi ilə əlaqədar yaranan süni növbəlilik də bunu təsdiqləyir. Əslində isə mütəxəssislər əldə olunan peyvəndlərin hər birinin təsirinin eyni olmasını dönə-dönə qeyd edirlər. Buna görə də ən yaxşı hal tezliklə istənilən vaksindən istifadə olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına, eləcə də hökumətin qəbul etdiyi qərarlara ciddi əməl edilməsidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2021.- 12 sentyabr.- S.1, 7.