Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Nquyen Suan Fuka

 

Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramıMüstəqillik Günü münasibətilə Sizi Sizin simanızda dost Vyetnam xalqını öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz, həmçinin çoxtərəfli formatda səmərəli əməkdaşlığımızla müşayiət olunur.

İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2021-ci il

 

Azərbaycan. - 2021.- 2 sentyabr.- S.1.