Saxta erməni iddiaları
XX əsrin əvvəllərində indiki
Ermənistanda 2310 coğrafi addan 2000-ə qədəri türkmənşəli
olub
Tarixdə vandallığı ilə seçilən, qonşu torpaqlarına göz dikən ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmağa, türkmənşəli toponimləri dəyişdirib erməniləşdirməyə çalışırlar. Ermənilər (oxu: haylar) tarixdə bir neçə dəfə Azərbaycan türklərinə qarşı amansızlıq törədib, hətta onları öz ata-baba yurdlarından deportasiya etməyə müvəffəq olublar. Tarixçilər bildirirlər ki, daşnakların məqsədi türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından çıxarıb “dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək olub.
Elə bu faktı göstərək - türk tarixində, coğrafiyasında, mənəviyyatında, eposlarında önəmli yer tutan Ağrı dağının adının ermənilər tərəfindən dəyişdirilməsini.
Ağrı dağını Ararat adlandırmaqla onların məqsədləri özlərini bu yerlərin guya ulu sakinləri kimi dünyaya göstərməkdir. Hansı ki, Ağrı dağı türklərin milli simvollarından biridir.
Toponimlərimizin saxtakarcasına erməniləşdirilməsini təsdiq və ifşa edən arxiv materialları yetərincədir. Konkret desək, Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan, rus və ingilis dillərində çap olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi saxta erməni iddialarını alt-üst edir. Həmin sərəncamda bildirilir ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin, sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların xəritələrdə və KİV-də yayılması halları artıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfəri zamanı bir daha dövlət başçısı bu məsələyə toxunaraq vaxtilə indiki Ermənistanda mövcud olmuş toponimlərin ermənilər tərəfindən saxtalaşdırılmasına diqqət çəkərək xalqımıza məxsus yer-yurd adlarının özlərinə qaytarılması, bu istiqamətdə təbliğatı gücləndirməyin, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı.
Tarixi sənədlərə nəzər salsaq görərik ki, ermənilər İrəvanın yaxınlığındakı Molla Dursun, Kərpicli, Qurbağalı, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ və s. toponimlərimizi də dəyişdirib. Bunlar Azərbaycan Prezidentinin sərəncamı ilə nəşr olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsində də yer alan toponimlərdir.
Qərbi Azərbaycanda
adı ermənilər tərəfindən dəyişdirilən
yurdlarımız yüzlərlədir. Ermənistanda bir vaxtlar Barana
tayfasının adı
ilə böyük bir rayon mövcud olub. Sonra ermənilər onun
adını dəyişdirərək
Noyemberyana çeviriblər.
Türkmənşəli Barana o vaxt Gəncə quberniyasının
Qazax qəzasının
nəzdində olub.
Ermənilər bu rayonun adını saxtalaşdırmaqla
əslində özlərini
ifşa ediblər.
Çünki bunun heç
bir əsası yoxdur. Barana adını yaddaşlardan
silmək onlara nəsib olmayıb. Əskipara kəndinin də adı dəyişdirilərək
əvvəlcə saxtakarcasına
Sarxan, sonra isə Voskipar qoyulub.
Bu cür
çirkin siyasətlə
Aşağı Körpülü
kəndinin adı Axtanaq edilib. Rayonun Çalakənd
toponimi erməniləşdirilərək
Mikçnazor, God Şavar
Şavan, Qalaça Bertavan, türk kökənli Lənbəli
isə Baqrataşenə
çevrilib. Barananın ikiaddımlığındakı
Allahverdi də taleyi gətirməyən türkmənşəli toponimlərdəndir.
Ermənilər onun da “adına əl gəzdirib” - Tumanyan adlandırıblar.
Məşhur Göyçə mahalında
da həm sovet dövründə, həm də son illər addəyişmə
əməliyyatı, yəni
erməni saxtakarlığı
davam etdirilib. Azərbaycan tarixində
misilsiz yeri olan Göyçə mahalı Göyçəgölün
sahilləri boyu geniş bir ərazini əhatə edən qədim yurdlarımızdandır. Bu
ərazi Rusiya çarlığına müharibə
yolu ilə birləşdirilənə qədər
İrəvan xanlığının,
sonralar isə İrəvan quberniyasının
tərkibində olub.
Sovet hakimiyyəti dövründə Göyçə
mahalı süni şəkildə beş inzibati rayona bölünüb: Çəmbərək, Basarkeçər,
Aşağı Qaranlıq,
Kəvər və Yelenovka.
1920-ci ildən
demokratik respublikamızı
işğal edən sovet-bolşevik imperiyası
Azərbaycan ərazisi
olan Zəngəzur, Göyçə, Şərur,
Dərələyəz, Dilican
ərazisini qanunsuz şəkildə ermənilərə
verib. Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldıqda Göyçə
mahalı tarixi Azərbaycanın tərkibində
olub.
XVII əsrdən
XIX əsrin əvvəllərinə
kimi indiki Ermənistan ərazisi əhalisinin çoxunu Qafqaz müsəlmanları
(azərbaycanlılar) təşkil
edib. Cəfər Qiyasi və
İbrahim Bozyelin
“Armenian acts of cultural terrorism” kitabında göstərilir ki, ermənilərin özləri
keçən əsrin
ortalarına kimi təsdiq edirdilər ki, onlar indiki
Ermənistan ərazisinə
köçürülmüşlər.
Əvvəllər burada etnik xalq kimi azərbaycanlılar
yaşayıblar.
Təkcə XX əsrin əvvəllərində
indiki Ermənistanda
2310 coğrafi addan
2000-ə qədəri türkmənşəli
olub. Ermənistanda türkmənşəli
toponimlərin dəyişdirilməsi
dövrünü belə
bölmək olar:
1918-1920-1930-1960-1980 və 1991-ci ildən sonra dəyişdirilənlər.
İlk addəyişdirmə
(oxu: saxtakarlıqla erməniləşdirmə) 1801-ci ildə baş verib. Addəyişmənin birinci dövründə
türkmənşəli adlar
rus mənşəli toponimlərlə əvəz
edilib. Bu da ərazinin çar Rusiyası tərəfindən işğalı
və ora milliyyətcə rusların
kütləvi şəkildə
köçürülməsi ilə bağlı olub. İlk dəfə Cəlaloğlu
rayonundakı (indi Stepanovan adlandırılır)
Qaraməhəmməd kəndinin
adı dəyişdirilərək
Aleksandrovka qoyulub.
Tariximizin 1918-1920-ci illərə aid səhifələrində
xalqımızın başına
ermənilər tərəfindən
gətirilən müsibətlər,
əslində, soyqırımıdır. Belə ki,
Bakıda, Şamaxıda,
Qubada, Naxçıvanda,
indiki Ermənistanda şaumyanların, lalayanların
başçılığı ilə minlərlə azərbaycanlı qətlə
yetirilib. Onlar xalqımıza
işgəncə verməklə
yanaşı, qədim
tarixi, dini, mədəniyyət abidələrimizi,
hətta yaşayış
binalarını yandırmaqla
və yenidən addəyişmə əməliyyatını
davam etdirməklə mənəvi soyqırımını
da davam etdiriblər. 1918-1920-ci illərdə
indiki Ermənistan ərazisində dəyişdirilən
bir qisim türkmənşəli adlar
bunlardır: Molla Dursun - Şaumyan (Eçmiədzin), Yuxarı
Ağdam - Qanzakar (İcevan) Hamamlı - Burastan (Artaşat) və s.
SSRİ dövründə
toponimlərin dəyişdirilməsi
prosesi nəticəsində
təkcə 1924-1930-cu illər
ərzində Ermənistanda
80 toponim dəyişdirilib. Onların
dəyişdirilməsinə səbəb kimi isə 3 yanvar 1935-ci il tarixdə
Ermənistan SSR-in rəsmi
qərarı əsas göstərilib. Əsl səbəb isə
gizlədilib. Bu gün hər kəsə aydındır
ki, Ermənistandakı
Türk toponimlərinin
dəyişdirilməsinə əsas səbəb bu adların türkmənşəli olmasıdır.
Bu da indiki
Ermənistanda etnik əhalinin o dövrlərdə
azərbaycanlılar olduğunu
sübut edən əsas dəlildir.
Ermənistanda toponimlərin dəyişdirilməsi
prosesi İkinci Dünya müharibəsindən
sonra (1946-1950) daha da sürətlənib. Buna əsas səbəb
1946-1948-ci illərdə Yaxın
Şərqdən, Şərqi
Avropa və Amerikadan Ermənistana köçürülən ermənilərin
sayının artması
idi. Bu illər
ərzində təqribən
min nəfər erməni
Qərbi Azərbaycana
köçürülüb.
Toponimlərin dəyişdirilməsinin digər
səbəbi Ermənistan
ərazisindən azərbaycanlıların
kütləvi çəkildə
deportasiyası idi. SSRİ Nazirlər
Şurasının 10 mart 1948-ci il tarixdə
təsdiq etdiyi 745 nömrəli qərarına
əsasən, azərbaycanlıların
Ermənistan SSR-dən
Azərbaycanın Kür-Araz
ərazisinə köçürülməsi
başlanıb. Həmin
bədnam qərara əsasən, 1948-ci ildə
10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı öz tarixi ərazilərindən
- indiki Ermənistandan
köçürülüb.
Addəyişmə 1935-ci ildə müvəqqəti
olaraq təxirə salınıb. Lakin 1935-ci il yanvarın
3-dən buna ermənilər
yenidən başlayıb
və Ermənistan
SSRİ Ali Soveti Rəyasət
Heyəti ilk fərmanı
imzalayıb. Həmin fərmanla 29 rayonda
72 türk toponimi dəyişdirilərək mənəvi
soyqırımı qurbanı
olub. Məsələn,
Qızıl kilsəni
Karmiravan (Qukasyan), Böyük kəpənək
Musaelyana (Axuryan), Künən Getaşenə
(İcevan), Boğaz kəsən Dzorakana (Ani), İtquan Gülüstana (Əzizbəyov)
çevrilib.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2021.- 19 sentyabr.- S. 1; 3.