İlham Əliyevin Müzəffər Ordusu düşmənə gözdağıdır

 

Birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü daha da artırır

 

Vətən müharibəsindəki şanlı qələbədən sonra dünya Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. Bir daha bəlli oldu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 18 ildə dünyanın ən güclü ordularından birini formalaşdırıb.

Lakin buna baxmayaraq, bu gün ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi prioritet olaraq qalır. Ordumuzun bütün bölmələrində hərbçilər üçün yüksək sosial-məişət şəraiti yaradılır, arsenalımız ən müasir silah texnikalarla təchiz edilir. Bütün hərbi hissələr yüksək standartlara cavab verir. Hərbi qulluqçuların ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Yaradılan bu imkanlar isə döyüş hazırlığının yüksək səviyyədə təmin olunmasına birbaşa təsir edən amillərdir.

Şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyətə malikdir. Bunun əsasında təlimlər, məşğələlər dayanır. Müntəzəm olaraq hərbi qulluqçuların nəzəri praktiki biliklərinin təkmilləşdirilməsi, yüksək mənəvi-psixoloji durumu şəxsi heyətin istənilən coğrafi təbii şəraitdə xidmətə hazırlanmasına yardımçı olur.

2013-cü ildən başlayaraq Azərbaycan Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi isə hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə iki ölkənin ordusunun iştirakı ilə keçirilən bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.

İki qardaş ölkə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hazırda həm Türkiyədə, həm ölkəmizdə təlimlər keçirilir. İki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərindəTurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri işğaldan azad edilmiş Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimləri bunun əyani təsdiqidir.

Ötən həftə isə Bakıda daha bir tarixi hadisə yaşandı. İlk dəfə olaraq Azərbaycan, Türkiyə Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə başlayanÜç qardaş - 2021” beynəlxalq təlimi isə dünyanın diqqətini bir daha ölkəmizə yönəltdi.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh müharibə dövründə əməliyyatlara hazırlanması, bilik təcrübə mübadiləsinin aparılmasıdır.

Sentyabrın 12-də keçirilən təlimlərin açılış mərasimində Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev çıxış edərək bildirdi ki, bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Üç qardaş-2021” beynəlxalq təlimləri bunun tərkib hissəsidir. Bu təlimlər hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə fikir mübadiləsi aparılacağına onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək.

Qeyd edilib ki, xalqlarımız ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxır, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə , bu üç qardaş etibarlı regional tərəfdaş əməkdaş olaraq daha da yaxınlaşır.

Üç qardaş-2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqları inkişaf etdirməyə imkan yaradacaq.

Sentyabrın 20-dək davam edəcək təlimlərdə xüsusi təyinatlılar şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə amfibiya hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həm qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Bütün bunlar ilk növbədə Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Əgər Azərbaycanın güclü ordusu hərbi potensialı olmasaydı, təbii ki, bu cür təlimlər baş tutmazdı. Gündən-günə müasir tələblərə cavab verən şəxsi heyətin formalaşması, döyüş meydanında praktiki vərdişlərin təkmilləşdirilməsi üçün keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gələn belə güclü müasir ordumuzun olduğunu görmək insanı qürurlandırır.

Əminliklə söyləmək olar ki, bu gün Ali Baş Komandan İlham Əliyevin yaratdığı Müzəffər Ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 44 günlük Vətən müharibəsindəki zəfər bunun bariz təcəssümüdür.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2021.- 18 sentyabr.- S.1;3.