Ermənistan ordusunda xaosun yeni dalğası başlayır

 

Ermənistan ordusunda xaotik vəziyyət getdikcə dərinləşməkdə, mövcud problemlərin miqyası genişlənməkdədir.

Bu hal erməni ordusunun davam edən genişmiqyaslı təlim-məşq toplanışları fonunda özünü bir daha büruzə verir. Təlimlərlə bağlı birinci mərhələ avqustun 25-də başlayıb 3 ay ərzində davam edəcək. İkinci mərhələ isə sentyabrın 15-dən icraya yönləndirilib.

Hərbi müşahidəçi Narek Nersisyanın sözlərinə görə, 15 il ərzində Ermənistanda bu miqyasda təlim-məşq toplanışları keçirilməyib: “Müdafiə haqqında qanuna əsasən, onların keçirilməsi şərtidir. Lakin müdafiə büdcəsində təlim-məşq toplanışları ilə bağlı ayrıca bir maddə yoxdur. Erməni hərbçiləri deyirlər ki, bir çoxları üçün hazırkı təlim düşərgəsinin miqyası təəccüblüdür. Ancaq deməliyəm ki, fövqəladə bir şey baş vermir, Ermənistan hələ müharibə vəziyyətindədir”.

Bu yerdə qeyd edək ki, təlimlərin gedişində Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş, 1978-ci ildə anadan olan Mkrtiç Ovakimyan ölüb. Hadisənin şərtlərinin tam aydınlaşdırılması üçün araşdırma aparılır. Bundan başqa, Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi yaralanıb. Ümumiyyətlə, erməni mediasının yazdıqlarından belə bəlli olur ki, İkinci Qarabağ müharibəsində darmadağın edilən bu ordudan geri qalan hissədə yenə xaos anarxiya hökm sürür. Məsələ ilə bağlırazminfosaytı yazır ki, Ermənistan, Rusiya Azərbaycan liderlərinin üçtərəfli Bəyanatının qüvvəyə minməsindən sonra 70-ə yaxın erməni hərbçisi həyatını itirib. Bunlardan 24-ü Azərbaycanla toqquşmalar, mina partlayışları zamanı qeydə alınan döyüş itkiləri olub. Qalanları isə  intihar, xəstəlik, avtomobil qəzaları, qətllər silahlarla davranma qaydalarının pozulması daxil olmaqla, qeyri-döyüş itkiləridir. Bununla yanaşı, 3 hərbçi itkin düşüb. Belə bir vaxtda daha bir məlumat yayılıb ki, Ermənistan ordusunda hökm sürən xaos, nizamnamədən kənar münasibətlər, özbaşınalıq, ruh düşkünlüyü səbəbindən son bir neçə gün ərzində hərbi qulluqçular arasında yeni özünəqəsd faktı qeydə alınıb.

Son vaxtlar Ermənistan ordusunda adi hal alan faktlardan biri rüşvətxorluqdur. Bu günlər hərbi hissələrin birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub. Belə ki, Ararat vilayətinin Armaş qəsəbəsində yerləşən hərbi hissədə qulluq edən hərbçilər Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan ordu sıralarından tərxis olunmaları üçün böyük miqdarda rüşvət tələb edildiyi bildirilib. Hərbi qulluqçular hələlik hüquq mühafizə orqanlarına müraciət etməsələr , yaxın vaxtlarda ehtiyata buraxılmasalar, rüşvət tələb edən şəxs barədə hərbi prokurorluğa ərizə yazacaqları haqda komandanlığı xəbərdar ediblər. Bundan əvvəl Ermənistan ordusunun hərbi hissələrindən birində xidmət edən iki hərbi qulluqçunun rüşvət əvəzində məzuniyyətə getməsi faktının ortaya çıxması hərbçilərin valideynləri arasında böyük narazılıqlara səbəb olmuşdu. Rüşvət faktı əsgərlərin məzuniyyətdən gec qayıtmalarının üstünün açılması zamanı müəyyən edilmişdi. Belə ki, əsgər Nver Danielyan İsxan Sarkisyan rüşvət verərək məzuniyyətə gediblərmiş. Hərbi hissəyə qayıdarkən hərbi polis tərəfindən sənədlərin yoxlanılması zamanı onların məzuniyyətdən bir neçə gün gec qayıtdıqları məlum olub. Hərbçilərin hərbi xidmətdən yayınmaları ilə bağlı məsələ qaldırılarkən, onların rüşvət qarşılığında məzuniyyətə getdikləri aşkarlanıb.

Onu da qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistan ordusundan təcili surətdə tərxis edilərək ölkədən çıxıb getmək istəyənlərin sayı gündən-günə artır. Bu, həm Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində Ermənistan silahlı qüvvələrində yaranan xaos, hərc-mərclik, özbaşınalıq, ruh düşkünlüyü, həm son vaxtlar Ermənistan tərəfinin sərhəd rayonlarında vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatlarla əlaqədardır. Digər məlumata görə, hərbi həkimlərin səhlənkarlığı səbəbindən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində COVID-19 virusuna yoluxma halları xeyli artıb.

Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı isə indi daha sürətlə pisləşməkdə davam edir. Sərhədə göndərməyə lazımi sayda resurs yoxdur. Artıq Ermənistan rəhbərliyi yaxşı bilir ki, həqiqi hərbi xidmətə çağırışla silahlı qüvvələri komplektləşdirmək olmur. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi hal alır. Belə vəziyyətdə ordudan yayınanların sayının artması bununla bağlı  qaldırılan cinayət işlərinin sayını çoxaldır. Bir sözlə, Ermənistan ordusunda xaosun yeni dalğası başlayır.

 

E.CƏFƏROV

 

Azərbaycan.- 2021.- 18 sentyabr.- S.1; 7.