Böyük Zəfər Ermənistana tarixi şans verib
Qonşu ölkə ya bu şansdan istifadə edib ayağa qalxmalı, ya da inadkarlıq
göstərib belibükülü
qalmalıdır
Sentyabrın 27-si Ermənistanın 44 günlük Qarabağ savaşında faciəvi məğlubiyyətinin başlanğıcının
birinci ildönümünüdür,
baxmayaraq ki, erməni xalqı Qafqazda kök salmış erməni faşizminin məhvini öz qələbəsi kimi də qeyd
edə bilərdi. Lakin erməni siyasi elitası faşist ideologiyasından imtina etmək iqtidarında olmadığından qatı
millətçiliyin zülmət
çökən dalanlarında
çapalamaqda davam edir.
Erməni
politoloqları dünyanın
“əzabkeş” xalqı
üçün yeni ssenarilər yazır, millətə qıdıq
verib yıxılmış
faşizmi diasporun dəstəyi ilə ayağa qaldırmağa, dirildib müharibələri
körükləməyə çalışırlar. Bu o qədər
də təəccüblü
deyil, çünki faşizm mərəzinin başlıca əlaməti
əbədi düşməni
“kəşf” edib onunla sonadək vuruşmaq, əgər kənarda bu düşmən tapılmırsa,
onu daxildə yaradıb boğuşmaqdır.
Bu baxımdan erməni faşistlərinin
hər iki cəhətdən “bəxt”i
gətirib.
Müasir Ermənistan yarandığı
gündən bütün
qonşularına ərazi
iddialarından əl çəkmir. Çünki münaqişələrə rəvac
vermək, müharibələrlə
yaşamaq faşist rejiminin “yaşam” tərzidir.
“Yeni siyasi
doktrina”da dediyimiz kimi, köhnə minvalla erməni millətçilərinin köhnə
təbliğat təknəsində
mayasız yoğrulub kündələnərək tirajlanır.
Bu ssenari erməni
faşizminin qədim və çürük ideologiyasından bəhrələnir.
Sadə erməni xalqı böyük güclərin
əlində Qafqazda münaqişələri alovlandıran
alət olduğunu bizdən yaxşı anlayır. Son 30 ildə bu ölkədə əhalinin sayının 2
dəfədən çox
azalması, 44 günlük
müharibədə minlərlə
fərarinin olması onu təsdiq edir ki, xalq müharibə
istəmir. Lakin erməni millətçiləri
iqtidarlı-müxalifətli kənar dəstəkdən
yararlanaraq özlərini
daha baha satmaq, Qafqazda regional güclərin üz-üzə
gəlməsini təmin
etmək üçün
nəyə desən getməyə hazırdırlar.
Amalları yüz il əvvəlki
kimi köhnədir - Qafqazı qan çanağına çevirməklə
yeni ərazilərə
sahib çıxmaq. Əgər Birinci
Dünya müharibəsində
erməni millətçiləri
yalnız Türkiyəyə
qarşı vuruşmuşdularsa,
bu gün bütün türkdilli dövlətlərə qarşı
səlib yürüşü
elan edirlər, Rusiyanı ən güclü tərəfdaş
kimi bu çirkin
işə qoşmağa
çalışırlar. Hətta şimal qonşumuzun sərhədləri
xaricində və daxilində yaşayan bütün türkdilli xalqları Rusiyanın suverenliyinə təhdid kimi
qələmə verirlər.
Bu “aravurma siyasəti”ndə
ermənilərin başlıca
arqumentləri bilirsinizmi
nədir? “Rusiya
öz ərazilərində
yaşayan türkdilli
xalqların sayına görə düyada birincidir və onların əksəriyyəti
Rusiyada milli-inzibati ərazi vahidlərinə malikdirlər”. Ermənilər bu siyahıya Rusiyada yaşayan qazaxlar, özbəklər,
türkmənlər, qırğızlar
və azərbaycanlıları
da əlavə edirlər və sonra da belə
qənaətə gəlirlər
ki, Ankara həmin türkdilli xalqlara öz ideyalarını reallaşdıran alət kimi baxır. Bu da hələ
hamısı deyil.
Erməni politoloqları ərinmədən
bütün dünya üzrə türklərin
sayını hesablayaraq
bəyan edirlər ki, 300 milyon türk yumruq kimi birləşməkdədir.
Və nəhayət, bütün bunlardan sonra erməni millətçiləri gizlin
niyyətlərini bəyan
edirlər: Yer kürəsində ən azından 15 dövlət türk birliyinə qarışı birləşməli
və birgə mübarizə aparmalıdır.
Gəlin
onların bu təlaşlarının səbəbini
araşdırmaq üçün
türkdilli dövlətlərin
və xalqların qarşılıqlı iqtisadi
əlaqələrini bir
neçə istiqamətdə
qısa olsa da, nəzərdən keçirək.
İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin apardığı
araşdırmalardan aydın
olur ki, Azərbaycanın ən geniş iqtisadi əlaqələri Türkiyə
ilə qurulmuşdur:
“Türkiyə Azərbaycan
iqtisadiyyatına ən
çox investisiya qoyan ikinci ölkədir
və qarşılıqlı investisiya
həcmi hər il artır. 2020-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan
xarici vəsaitin 12,8 faizi qardaş Türkiyənin payına düşüb ki, bu da 2019-cu illə
müqayisədə 7 milyon
dollarlıq artım deməkdir”. Məsələ burasındadır ki, Azərbaycanın həm də Rusiya ilə güclü iqtisadi əlaqələri var. Erməni
təbliğat maşını
isə bu faktın üstündən
susqunluqla keçir.
Başqa
fakt: 2020-ci ildə Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına
yönəltdiyi birbaşa
investisiyalarda türkdilli
ölkələrin payı
27,1 faiz olmuşdur. Bu, özlüyündə çox maraqlı rəqəmdir. Belə
çıxır ki, ötən il
Azərbaycanın xarici
ölkələrin iqtisadiyyatına
yönəltdiyi vəsaitin
yalnız üçdəbiri
türkdilli dövlətlərin
payına düşmüşdür.
Qalanı digər dövlətlərin
iqtisadiyyatına yatırılmışdır.
Bu ilin birinci rübündə isə Azərbaycan Türkiyə
iqtisadiyyatına 19 milyon,
Özbəkistan iqtisadiyyatına
0,7 milyon, Qazaxıstan
iqtisadiyyatına 0,35 milyon,
Qırğızıstan iqtisadiyyatına
0,2 milyon ABŞ dolları
investisiya yatırmışlar.
Bu rəqəmlər mahiyyət etibarilə o qədər də yüksək deyil. Əgər belədirsə, onda ermənilər niyə adi iqtisadi əməkdaşlığı
hamıya təhdid kimi sırımağa çalışır, həm
də bu vəsaitlər hərbi zavodların tikilməsinə,
silahların istehsalına
qoyulmursa. Yeri gəlmişkən
qeyd edək ki, Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir.
Azərbaycan şirkətləri isə Türkiyədə
əsasən energetika
və kimya sahələrinə kapital
yatırırlar. Bunun nəyi
15-dən yuxarı dövlət
üçün təhlükəlidir?
Yaxud götürək
Azərbaycan-Qazaxıstan əlaqələrini. Azərbaycan Qazaxıstan
iqtisadiyyatının daha
çox nəqliyyat-logistika
və sənaye sahələrinə sərmayə
qoyur. Azərbaycan
şirkətləri dost ölkədə
həmçinin avtomobil
yollarının və
yaşayış binalarının
inşası, suvarma sistemlərinin qurulması,
su ehtiyat anbarlarının tikintisində
iştirak edir. Və ya Azərbaycan-Özbəkistan
münasibətlərinə nəzər salaq. Hələ
2018-ci ildə Özbəkistanda
71 birgə müəssisə,
84 Azərbaycan şirkəti
fəaliyyət göstərirdi.
Özbəkistandakı investisiyalarımızın əsas sahələri ticarət, metal emalı, maliyyə və sığorta, daşınmaz
əmlak əməliyyatları,
enerji, zərgərlik
məmulatları, qida
və yüngül sənayedir. Özbəkistan isə Azərbaycanda nəqliyyat vasitələri
sahəsinə investisiya
qoyur. Görəsən, belə əməkdaşlığın
nəyi erməniləri
vahiməyə salır?
Azərbaycan Türkmənistanla da energetika, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlıq edir. Enerjidən səmərəli istifadəyə və enerjiyə qənaət etməyə imkan verən texnologiyaların tətbiqi, alternativ enerji biotexnologiyalarının inkişafı sahələrində isə qarşılıqlı əlaqələri davam etdirmək niyyətindədir.
Bəkə bizim rəqəmsal iqtisadiyyat sahəsində dost ölkələrlə əməkdaşlığımız da Ermənistan, Rusiya və ermənilərin bəyan etdikləri digər 15 dövlət üçün təhlikə törədir?! Təbii ki, belə deyil. Çünki ölkəmiz Avropa və Asiya arasında informasiya mübadiləsinə görə körpü rolunu oynayır. Azərbaycan Qazaxıstan və Türkmənistandan Trans-xəzər fiber optik kabellərin çəkilişi ilə rəqəmsal telekommunikasiya dəhlizi missiyasını öz üzərinə götürmüşdür. Uzunluğu 400 km olacaq Trans-Xəzər fiberoptik magistralın çəkilişi gələn il başa çatdıqdan sonra magistral internet və kontentin Avropa qitəsindən Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınması mümkün olacaq. İkinci fiberoptik kabellərin çəkilişi ilə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək. Budurmu türkdilli xaqlarınn iqtisadi əməkdaşlığından yaranan təhlükə?
Bəlkə erməni politoloqları bizim türkdilli ölkələrlə nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində əməkdaşlığımızda da şübhəli məqamlar “kəşf” ediblər?! Elədirsə, bunu da nəzərdən keçirək. Öncə onu qeyd edək ki, Azərbaycanın türkdilli ölkələr üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsinin səbəbi əlverişli coğrafi mövqeyimizdir. Burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm rol oynayır. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan ilə Türkiyəni, daha geniş miqyasda isə Avropa və Asiyanı birləşdirir. Ölkəmiz türkdilli ölkələr üçün təkcə Şərq-Qərb üzrə deyil, həm də “Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə də alternativ tranzit imkanı yaradır. “Şimal-Cənub nəqliyyat dəhlizi” Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrinin birləşdirilməsini nəzərdə tutan layihədir. Belə ki, Mərkəzi Asiyanın türkdilli ölkələri, habelə Türkiyə Azərbaycan ərazisindən istifadə etməklə Şimal-Cənub dəhlizi ilə xüsusən Rusiya və İrana öz məhsullarını sürətli və səmərəli daşıya bilirlər. Budurmu təhlükəli məqam? Mövcud imkanlardan Ermənistan faydalanmırsa, günah kimdədir, yaxud erməni millətçilərinin nümayiş etdirdikləri mənasız iddiaların kökündə nə dayanır? Sözsüz ki, erməni faşist ideoloqlarının özlərinin dərk etdikləri həyat fəlsəfəsi və iqtisadi maraqları. Artıq iki əsrə yaxındır ki, onlar köçdükləri bütün dövlətlərin ərazilərində türk dünyasını təhlükə kimi görür və təqdim edirlər. Bununla onlar yaşadıqları ölkələrdə ermənilərdən əzabkeş xalq obrazı yaradaraq daha çox diqqət cəlb edə və bizneslərini genişləndirmək üçün güclü iqtisadi mövqelərə sahib ola bilirlər. Qısaca desək, çörəklərini ağlamaqdan çıxarırlar.
Biz türkdilli dövlətərin iqitasadi əlqələrini qısa da, olsa bir neçə istiqamətdə nəzərdən keçirdik və erməni təbliğat maşınının uydurduğunun əksinə olaraq bu birliyin yalnız sülhə və tərəqqiyə kökləndiyini gördük. Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra isə demək olar hər gün erməni vəhşiliklərini ifşa edən faktlar üzə çıxır. Özünü “müdrik və qədim xalq” kimi təqdim edən ermənilərin necə qəddar və amansız olduqları dünyanı heyrətə gətirir. Bu baxımdan bizim Dağlıq Qarbağdakı qələbəmiz həm də müasir erməni faşizmini növbəti dəfə hər cür ifşa etmişdir. Türkdilli dövlətlərin iqtisadı və mədəni əlaqələri isə erməni faşist ideologiyasının mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoymuşdur.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2021.- 26 sentyabr.- S.9.